Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Qırğızıstan Tacikistanla qarşıdurmada insan itkilərinin sayını açıqladı

Qırğızıstan Tacikistanla qarşıdurmada insan itkilərinin sayını açıqladı

Tarix: 3-05-2021, 10:55


Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma zamanı yaralanan qırğızıstanlıların sayı 183-ə çatıb.

TASS xəbər verir ki, bunu respublikanın Səhiyyə və Sosial İnkişaf nazirinin müavini Aliza Soltonbekova Bişkekdə keçirdiyi brifinqdə açıqlayıb:
“Ümumilikdə 183 nəfər yaralanıb, onlardan 34-ü həlak olub”.

Qırğızıstan Səhiyyə Nazirliyi daha sonra münaqişədə ölənlərin sayının 35-ə çatdığını bildirib.

Xatırladaq ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində mübahisəli “Qolovnoy” su paylama məntəqəsi ətrafında yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR