Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Vətəndaşların kompensasiya ödənişi ilə bağlı narazı qaldığı icra başçısı DANIŞDI

Vətəndaşların kompensasiya ödənişi ilə bağlı narazı qaldığı icra başçısı DANIŞDI

Tarix: 3-05-2021, 12:14

Bir neçə gündür sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı ilə sakinlər arasında mübahisəli məqamlara dair paylaşımlar edilir. 
Paylaşımlarda iddia edilir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin bir hissəsini tələb edir. İddialara görə, dağıdılan evlərin bərpası məqsədilə dövlətin müəyyən etdiyi ödənişi almaq üçün vətəndaşlar məbləğin 25 faizini icra başçısına verməlidirlər.
Sözügedən məsələyə aydınlıq gətirilməsi üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla əlaqə saxladıq. İcra başçısı Oxu.Az-a açıqlamasında haqqında yayılan iddialara cavab verib.
 
O bildirib ki, evləri dağılmış sakinlərə kompensasiya məbləğini icra hakimiyyəti yox, Nazirlər Kabineti ödəyir:

“Ödənişlə bağlı bütün məlumatlar Nazirlər Kabineti tərəfindən “Kapital Bank”a göndərilir. Ödəniş “Kapital Bank”ın açdığı kart vasitəsilə vətəndaşa təqdim olunur. Yəni, bu prosesin icrasında İcra Hakimiyyətinin heç bir rolu yoxdur. Kimin bu məsələ ilə bağlı şikayəti varsa, prokurorluğa müraciət edə bilər. 
Bilirsiniz ki, Tərtərə müharibə zamanı çox mərmi düşüb. Bu səbəbdən də dağıntılar çoxdur. Qeyd edim ki, bu günə qədər 1483 vətəndaşa kompensasiya ödənilib. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ ilə bağlı birgə çalışır. Komissiya məsələni işləyir, hazırlanan sənədləri aidiyyəti üzrə Nazirlər Kabinetinin müvafiq qurumlarına təqdim edir. Proses yekunlaşdıqda isə vətəndaşlara kompensasiya ödənişi həyata keçirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR