Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Bu il Ramazan bayramında camaat namazı qılınmayacaq

Bu il Ramazan bayramında camaat namazı qılınmayacaq

Tarix: 4-05-2021, 10:46


“Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

QMİ nümayəndəsi bildirib ki, keçən olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq:

“Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Vətəndaşlarımız da fitrə zəkatlarını çıxararaq Allaha dua edəcəklər. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlar səbrli olmalıdırlar. Çünki Ramazan ayı özlüyündə səbrin göstəricisidir”.

Qeyd edək ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramla əlaqədar 9-15 may ölkədə qeyri-iş günüdür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR