Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Elman Rüstəmovdan dollar satışı ilə bağlı AÇIQLAMA - VİDEO

Elman Rüstəmovdan dollar satışı ilə bağlı AÇIQLAMA - VİDEO

Tarix: 4-05-2021, 13:23


Banklarda valyuta satılmaması iddiası ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var.

Baku TV xəbər verir ki, bir neçə müddətdir cəmiyyətdə dollar qıtlığı ilə bağlı söz-söhbət gəzir. İddialara görə banklar vətəndaşa dollar satmaqdan imtina edir və bunu Mərkəzi Bankdan aldıqları göstərişlə əlaqələndirirlər.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə təmsil etdiyi qurum tərəfindən belə bir məhdudiyyətin qoyulmadığını bildirir.

Ekspertlərin fikrincə əsas məqsədi pul qazanmaq olan kommersiya bankları valyutanı ucuz alıb, baha sata bilirsə, niyə öz xeyrindən imtina etsin? Deməli bu məntiqə uyğun deyil.

Digər tərəfdən banklarda valyuta satılmaması çirkli pulların yuyulmasının qarşısını alsa da, bunun neqativ tərəfləri də var. Belə ki, valyuta ala bilməyən vətəndaş müxtəlif çıxış yolları axtarır və nəticədə bu, yenidən “qara bazar”ın dirçəlməsinə səbəb olur.

Ekspertlərin sözlərinə görə, əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar xarici səfərlərin azalması səbəbindən aşağıdır. Lakin sabah istər təhsil və səhiyyə, istərsə də turistik səfərlər artarsa, xarici valyutaya tələb daha da çoxalacaq. Sözügedən məhdudiyyətlərlə isə artan təzyiq əks-effekt yarada bilər. Buna görə Mərkəzi Bank məsələni konkretləşdirməli, limiti keçən vətəndaşlarla bağlı yaddaşı təzələməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR