Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən AÇIQLAMA

Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən AÇIQLAMA

Tarix: 4-05-2021, 14:27


Bakıda binadan başına daş düşən Əli Şabanovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rövşən Bağırov deyib. Onun sözlərinə görə, yeniyetmə koma vəziyyətindədir:

"Xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Koma vəziyyətindədir və tənəffüsü süni ventilyasiya ilə davam etdirilir. Durumunda ciddi bir dəyişiklik yoxdur. Təəssüflər olsun ki, aparılan intensiv reanimasiyon müalicələrə baxmayaraq, xəstədə hər hansısa yaxşılaşma reaksiyası əldə etmək mümkün olmayıb”.

R.Bağırov əlavə edib ki, yeniyetmənin vəziyyətinin yaxşılaşması üçün bütün cəhdlər və müalicələr aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR