Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

May ayında KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?

May ayında KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?

Tarix: 5-05-2021, 10:22

May ayında mikro, kiçik və orta biznes (KOB) subyektləri üçün üzüm, bal, şərab və orqanik məhsulların istehsalına, pandemiya ilə əlaqədar ictimai-iaşə sektorunda mövcud vəziyyətə, sahibkarların mühasibatlıq və hüquq xidmətlərinə çıxışına dair sahəvi, eləcə də biznes subyektlərinin maliyyə xidmətləri, ixracın təşviqi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirici görüşlər təşkil olunacaq.
KOB subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcək.
KOBİA sahibkarları may ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR