Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Fuad Abbasov ‘Xankəndidə rusları vurmaq’ təklifi ilə ermənilər ‘yeni kartlar’ verdi

Fuad Abbasov ‘Xankəndidə rusları vurmaq’ təklifi ilə ermənilər ‘yeni kartlar’ verdi

Tarix: 5-05-2021, 15:18


Tanınmış azərbaycanlı siyasi analitik və bloqqer Fuad Abbasov 9 Mayda Xankəndidə keçiriləcək paradda Rusiya hərbçilərinə hücum etməyə çağıran bir açıqlama verib.

Onun fikrincə, Azərbaycan rusiyalı sülhməramlıların rəsmi Bakı ilə razılaşdırılmadan hərbi paradda iştirakına belə münasibət göstərməlidir.
“İndi Azərbaycan Respublikasının ərazisindəki paradı nə cürsə qadağan etməliyik, çünki Azərbaycan Respublikası ərazisindəki silahlı insanlar rəsmi Bakının razılığı olmadan hansısa parad keçirirlər. Bəli, orada bunun təkrarlanmaması üçün iki “Qrad” atılmasına icazə verilməlidir”, – deyə Abbasov sosial şəbəkədəki abunəçilərinə bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xankəndi hava limanında Zəfər Bayramı paradının hazırlanmasında Mərkəzi Hərbi Dairənin 15-ci ayrı motoatıcı briqadasının (sülhməramlı) 400-ə yaxın rus hərbçisinin iştirak edəcəyini açıqlayıb.

Xatırladaq ki, 2019-cu ildə Fuad Abbasov Rusiyadan deportasiya edilib.

Abbasov özü bildirib ki, onun deportasiya edilməsinin arxasında erməni diasporası dayanır. Bundan əlavə, 2069-cu ilə qədər politoloqun Rusiyaya girişinin qadağan olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR