Son Xəbər: MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib,

Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA

Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA

Tarix: 6-05-2021, 10:58


Sosial şəbəkələrdə bulvar ərazisində qoyulan dəmir araskəslərlə bağlı bir sıra məlumatlar yayılıb. Ərazidə hər hansı tikinti işlərinə hazırlıq aparıldığına dair iddialar irəli sürülür. 

İddialarda bu ərazidə yeni iaşə obyektinin olacağı da səsləndirilir.

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva iddiaların əsassız olduğunu bildirib:

“Sözügedən ərazidə heç bir tikinti işlərinə hazırlıq getmir və ya yeni tikintinin aparılması gözlənilmir. Bu məlumatlar tamamilə əsassızdır. Dəmir baryerlərin qoyulması ərazidə təmir-bərpa işlərinə zərurət olduğu zaman qoyulur. Dəmir baryerlərin qoyulmasına səbəb döşəmələrdəki çatlar və bir qisminin yararsız hala düşməsidir. Həmin yararsız hala düşən döşəmələr yeniləri ilə bərpa edilir. Bu da bulvar ərazisində istirahət edən insanların rahat hərəkətini təmin etmək üçün atılan addımdır”.

“Bulvar ərazisində gələcəkdə hər hansı yeni layihələrin, tikinti işlərinin aparılması nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

 Hazırda bu istiqamətdə heç bir məlumat yoxdur”, - deyə K.İmamverdiyeva qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR