Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Prezidentin köhnə müsahibəsi gündəmə gətirilir – Qərb mediasının yeni qərəzi – VİDEO

Prezidentin köhnə müsahibəsi gündəmə gətirilir – Qərb mediasının yeni qərəzi – VİDEO

Tarix: 7-05-2021, 16:36


Hindistan ciddi koronavirus böhranı ilə mübarizə apardığı bir vaxtda Qərb mediasının “quzğun hücumu”na məruz qalıb. Onlar Hindistandakı az qala bütün dəfn mərasimlərini lentə alaraq öz auditoriyalarına göstərməyə çalışırlar. Bu məqsədlə dronlardan belə istifadə olunur.

Daha çox baxış əldə etməyə çalışan bu dairələr çəkdikləri kadrları 23 min kron rupiyə satır. Beləliklə, Qərb mətbuatı Hindistanın bədbəxtliyindən vicdansızcasına faydalanmağa çalışır.

Bu gün Qərb KİV-i Hindistanda koronavirusla bağlı vəziyyəti təsvir etmək üçün bəzən köhnə, saxta fotolardan da istifadə edir. Bu isə təbii olaraq, hindistanlıların nifrətinə səbəb olur.

Bütün bunların fonunda bir köhnə video trendə çevrilməkdədir. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin BBC-nin müxbirinə müsahibəsindən gedir. Hələ 2020-ci ilin noyabrında götürülmüş müsahibədə müxbir İlham Əliyevə Azərbaycanda mətbuat azadlığı ilə bağlı sual ünvanlayaraq, guya onu çətin vəziyyətə salmağa çalışır. Azərbaycanın dövlət başçısı isə nəinki müdafiə olunmağa ehtiyac görmür, əksinə, “hücuma keçərək” müxbirə birbaşa sual verir: “Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Siz nəyə əsasən Azərbaycanda azad medianın, müxalifətin olmadığını düşünürsünüz?”.

BBC-nin əməkdaşı cavabında iddia edir ki, Azərbaycanda müstəqil medianın olmadığı haqda məlumatları müstəqil mənbələrdən alıb. Belə olan təqdirdə Azərbaycan prezidenti müxbirdən həmin müstəqil mənbələrin adlarını çəkməsini tələb edir. Müxbir bundan imtina etdikdə Əliyev soyuqqanlı şəkildə cavab verir: “Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz”.

Daha sonra İlham Əliyev BBC müxbirinin media azadlığının məhdudlaşdırılması, QHT-lərin təqib edilməsi, tənqidçilərin həbs olunması və s. ittihamlarını qətiyyətlə təkzib edir və “Wikileaks”in yaradıcısı Culian Assanjın həbsindən danışır: 

“Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80%-dən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80% internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”.

Beləliklə, Əliyev Assanjın “Wikileaks”ə görə haqsız həbs edildiyini qabardır.

Xatırladaq ki, vaxtilə Ekvadorun Londondakı səfirliyində 2 il qalmış Culian Assanj sonda saxlanılıb və hazırda o, Böyük Britaniya həbsxanasındadır. Bu gün ABŞ belə, Assanjın ekstradisiyasına nail olmağa çalışır. Vaşinqton onu ABŞ-ın hərbi məlumatlar bazasının sındırılmasında iştirak etdiyinə görə həbs etməyə çalışır. ABŞ-da hesab edirlər ki, Assanj konfidensial məlumatları əldə edərək, “Wikileaks” saytına yerləşdirib. Başqa sözlə, Vaşinqton Culian Assanjı jurnalist fəaliyyətinə, digər insanların oğurlanmış sənədlərinin yayılmasına görə mühakimə etmək istəyir. Məsələ ondadır ki, bu sənədlər ABŞ-ın Əfqanıstan, İraq və s. ölkələrki hərbi cinayətlərini ifşa edib. Lakin oğurlanmış, yaxud sızdırılmış məlumatların dərci cinayət yox, jurnalistikadır.

Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev digər ölkələrdəki təməl azadlıqlara şübhə ilə yanaşan, Böyük Britaniyanın vergi ödəyiciləri hesabına maliyyələşən BBC-nin riyakarlığını ifşa edib. Bu gün Culian Assanjı həbsdə saxlayan məhz Böyük Britaniyadır. Yeri gəlmişkən, BMT-nin xüsusi məruzəçisi Nils Melzer Culian Assanjı Böyük Britaniya və ABŞ hökumətlərinin haqsızlığının, işgəncə və siyasi təqiblərinin qurbanı sayır. Demək, Assanj kimi jurnalistlərin təqibinə göz yuman, hətta bunu dəstəkləyən Qərbin nəinki Azərbaycanı, ümumiyyətlə heç bir ölkəni tənqid etməyə mənəvi haqqı yoxdur.
“Ermənilərin burada azad mətbuatının olmayacağı haqda dediklərini əsas götürərək məni ittiham etmək əvəzinə, gəlin Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur”, – deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Qərb mediasının qərəzi

Bəli, bu, 2020-ci ilin noyabrına aid müsahibədir. Lakin Qərbin aparıcı mətbuat orqanlarına qarşı artmaqda olan nifrət fonunda o, yenidən yayılmağa başlayıb. Bu azmış kimi, koronavirus pandemiyası Qərb mediasının Hindistanda pandemiyaya görə dəfn tonqalların artması ilə bağlı qeyri-sağlam fetişinin olduğunu da ortaya çıxarıb. Məsələn, “Washington Post” və ya “Reuters” kimi bəzi media orqanları koronavirus pandemiyasının ciddiliyini göstərmək məqsədilə Hindistanın müxtəlif hissələrindəki dəfn tonqalları ilə bağlı fotoları yayır. “Washington Post”un jurnalistlərindən biri hətta kremasiya sahəsinin yuxarıdan çəkilmiş fotosunu “möhtəşəm” adlandırıb.
Aydındır ki, ölümün olduğu yerdə dəfn tonqalları da olacaq. Lakin pandemiya ABŞ, İtaliya və digər Qərb dövlətlərinə dağıdıcı zərbə vuran zaman heç bir mətbuat orqanı dəfn mərasimləri ilə bağlı fotolar yaymır, pandemiyanın necə yayıldığını bu yolla təsvir etmirdi. Qərb mediası isə koronavirus pandemiyası üzündən dəfn tonqallarının artmasını hindistanlıları aşağılamaq məqsədilə yayır. Əslində, Qərb bəlkə də Hindistana paxıllıq edir. Çünki onlardan fərqli olaraq, Hindistan pandemiyanın ilk dalğalarının öhdəsindən uğurla gəlib. O zaman inkişaf etmiş, daha varlı olan ölkələr pandemiyaya heç də lazımi səviyyədə nəzarət edə bilmirdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR