Son Xəbər: Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər, NATO toplantısının bugünkü PROQRAMI, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR, Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib,

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Tarix: 10-05-2021, 10:39

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.

Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin dəmir yumruğu yeni reallıqlar yaradıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR