Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Köç mövsümündə Azərbaycandan milyonlarla quş köç edir

Köç mövsümündə Azərbaycandan milyonlarla quş köç edir

Tarix: 10-05-2021, 18:11



“Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir. Buna ornitofauna deyirlər. Ornitofaunamıza alimlər tərəfindən 17 dəstə və 60 fəsiləyə mənsub olan 400-dən çox quş növü daxil edilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, bu gün ekoloji təqvimə köçəri quşların mühafizəsi günü kimi daxil edilib:

“2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, sadə vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir. Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir, buna ornitofauna deyirlər. Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir”.

O bildirib ki, Azərbaycan ərazisinə bütün Avrasiyadan ən böyük quşların miqrasiya yollarından biri keçir, şərqi Avropa və Qərbi Sibirdən Cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir:

“Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib. Qeyd etməliyəm ki, sadalanan milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilərlər”.

Azərbaycan Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanovun sözlərinə görə, köçəri quşlar Azərbaycan üçün olduqca vacib rol oynayır:

“Çünki Azərbaycanın coğrafi yerləşməsi və iqlimi şimalda - Rusiyadan küllü miqdarda yuvalayan quşun qışlamağa Azərbaycana, subtropik iqlimə gəlməsinə səbəb olur. Aranın yarımsəhrası və burada yerləşən şoran göllər qış vaxtı maksimum məhsuldarlığa çatdığı üçün qışlayan quşları qida ilə təmin edir. Beləliklə milyonlarla köçəri quş həm köç vaxtı, həm də qışlamada qida tapa bilir. Su quşları, qaz, ördək və digərləri əsasən Volqa, Ural arasından, Qərbi Sibir və Qazaxıstan ərazisindən Azərbaycan ərazisinə gəlir. Azərbaycanda yuvalayan quşlar isə qışlamada Şimal-Şərqi Afrikaya gedir. İndi onlar həmin ərazilərdən və Hindistandan qayıdırlar, Azərbaycana gəlib yuvalayırlar. Bunlar ibislər, vağlar, xırda sərçəkimi fəsiləsinə aid quşlardır. Azərbaycan köçəri quşları üçün olduqca mühüm rol oynayır”.

Köç yollarında bəzən daralma getdiyini vurğulayan E.Sultanov bildirib ki, Böyük Qafqazla Xəzər dənizi arasında, Beşbarmaq ərazisindən dar dəhliz keçir:

“Dəvəçi limanı ərazisindən bu quşlar küllü miqdarda köç edir. Burada beynəlxalq müşahidə nöqtələri yerləşir, hər il müxtəlif alimlər və quşsevərlər gəlib müşahidələr aparır. Buradan su quşları, yırtıcı quşlar, sərçəkimi quşlar köç edir. Ümumiyyətlə köç mövsümündə Azərbaycandan 10 milyonlarla quş köç edir. Payızda onların sayı 2-3 dəfə daha çox olur. Yazda isə əksinə, daha az olur. Köç edən quşların onda biri Azərbaycanda qışlamağa qalır. Azərbaycan köç edən quşları qoruyur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qətiyyən qadağandır. Çünki onlar yuvalamağa gedirlər və onları ovlamaq böyük səhvdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR