Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Hacı Şahin: “Bu gün yuxularımızın gerçəkləşdiyi gündür”

Hacı Şahin: “Bu gün yuxularımızın gerçəkləşdiyi gündür”

Tarix: 13-05-2021, 10:18


“Bu gün bayram bayrama qarışıb. Çünki bu gün biz müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu, çox böyük tarixi hadisədir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.

“Biz bu günlərin həsrəti ilə yaşamışıq. Biz gecələr yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük. Bu gün yuxularımızın gerçəkləşdiyi gündür. Həqiqətən də hissləri ifadə etmək mümkün deyil. Artıq Şuşada quruculuq işləri başlayıb və Şuşaya əsl sahibləri qayıdıb. Azərbaycan xalqı öz ərazisində yaşayan bütün din təmsilçiləri ilə mehribandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Şuşada 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR