Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı əvəzlənir

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı əvəzlənir

Tarix: 13-05-2021, 11:13


Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.

Qeyd edək ki, daha əvvəl "Hraparak" Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı.

Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.

Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR