Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Rövnəq Abdullayev: “SOCAR Gürcüstanın əsas qaz təchizatçısıdır”

Rövnəq Abdullayev: “SOCAR Gürcüstanın əsas qaz təchizatçısıdır”

Tarix: 13-05-2021, 15:15


Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın əsas qaz təchizatçısıdır.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr edilən neft-qaz sektoruna sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forumda bildirib.

SOCAR tərəfindən Türkiyəyə indiyədək “Şahdəniz” yatağından 82 milyard kubmetrə yaxın qaz ixrac olunduğunu xatırladan natiq bunun 12 milyard kubmetrinin 2018-ci ilin 30 iyun tarixində Cənub Qaz Dəhlizinin birinci fazasının işə salınmasından bu yana tədarük olunduğunu dilə gətirib.

Bununla yanaşı Avropa bazarında da fəaliyyətini genişləndirən SOCAR-ın Yunanıstan, Bolqarıstan və İtaliyaya gündəlik 26 milyon qaz nəql etdiyi, bunun da rekord rəqəm olduğu vurğulanıb.

Xatırladaq ki, cari ilin birincin rübündə Azərbaycan Gürcüstana da 784 milyon kubmetr qaz ixrac edib.

SOCAR rəhbəri həmçinin xatırladıb ki, 3 500 km uzunluğunda, sərmayə dəyəri 33 milyard ABŞ dollarınadək olan Cənubi Qaz Dəhlizi layihəsi Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirərək bütövlükdə 7 ölkəni əhatə edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Bu layihə çərçivəsində Azərbaycan ilk dəfə öz təbii qazını Avropa bazarına ixrac etməyə başlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR