Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Məşhur şirkətin satış təmsilçisi haqda cinayət işi başlandı

Məşhur şirkətin satış təmsilçisi haqda cinayət işi başlandı

Tarix: 16-05-2021, 16:22


“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

Qazax rayon prokurorluğundn verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR