Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI

Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI

Tarix: 17-05-2021, 14:28


Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi bir sıra ölkələrdə bu gündən yumşalmalar başlayır.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, Kiprdə komendant saatı qısaldılacaq, insanlar bir sıra xidmət obyektlərindən sərbəst istifadə edə biləcəklər. Bunun üçün artıq koronavirusun olmadığını təsdiqləyən buraxılış vərəqəsi lazım deyil.

Avstriyada məktəblər yenidən dərs rejiminə qayıdır.

İngiltərədə kinoteatrlar, teatrlar, muzeylər, konsert salonları, həmçinin restoran, pab və barlar yenidən açılacaq. Universitetlər əyani dərslərə qayıdacaq, tələbələrə və məktəblilərə siniflərdə, auditoriyalarda və dəhlizlərdə maska taxmamağa icazə veriləcək.

Yunanıstanda musiqi məktəbləri, konservatoriyalar, idman zalları və uşaq bağçaları bu gün yenidən işə başlayacaq.

Çex Respublikasında restoranların yaz terrasları açılacaqdır. Ancaq müştərilər koronavirusla bağlı mənfi test cavabını təqdim etməli olacaqlar. Buna polis və ya sanitariya işçiləri nəzarət edəcək.

Portuqaliya isə sərhədlərini əksər Avropa ölkələrindən gələn turistlərə açır. Bunun üçün əcnəbilərdən ancaq PZR testinin mənfi cavabı tələb olunur.

Xatırladaq ki, Türkiyədə koronavirusa qarşı karantin tədbirləri çərçivəsində aprelin 29-dan tətbiq edilən “lokdaun” bu gün sona çatıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR