Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

“Onlar Azərbaycanın regionda yaratdığı yeni reallıqla hesablaşmalıdırlar” - GƏLİŞMƏ

“Onlar Azərbaycanın regionda yaratdığı yeni reallıqla hesablaşmalıdırlar” - GƏLİŞMƏ

Tarix: 18-05-2021, 09:05


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Bu tədbir əslində həm də böyük siyasi hadisə kimi qiymətləndirilir.

Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi.

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğuladı. Prezidentin “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır” fikri bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.

Prezident İlham Əliyevin “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur” bəyanatı Azərbaycanın inkişafında, qələbəsində bu amillərin ciddi rolunun olduğunun ifadəsi sayıla bilər...

Festivalda iştirak edən Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, “Xarıbülbül” festivalını mədəniyyət hadisəsindən daha çox ictimai və siyasi statusa qalxan hadisə kimi qiymətləndirir: “Çünki bu festivalı bir qədər sonra-Şuşa daha da abadlaşdırıldıqdan sonra da keçirmək olardı, amma hadisələrin gedişatı, ümumən Azərbaycanın vətən müharibəsindəki qələbəsini həzm eləyə bilməyən bir sıra qüvvələrin ağzını yummaq, ermənilərin ətrafındakı havadarlarına cavab vermək zərurəti yaratmışdı. Bu festival mükəmməl cavab idi. Şuşaya gedən hər kəs müşahidə elədi ki, ermənilər 29 il ərzində orada heç nə tikməyiblər, dağıdıcılıqla məşğul olublar. Ola bilsin bir-iki dənə Mxitaryan kimi üzdəniraq imkanlı futbolçuları və oliqarxları özləri üçün Şuşada villalar tikmək istəyiblər. Yəni bundan o yana getməyiblər. Çünki ermənilər bilir ki, Şuşa onların torpağı deyil, onlar burada özlərini müvəqqəti sakin kimi görüblər. Şuşanın azad olunmasından heç yarım il keçməyib, əsl sahibləri orada böyük abadlıq işləri görüblər və işlər böyük sürətlə gedir.

“Xarıbülbül” festivalının keçirilməsi həm bir mədəniyyət hadisəsi, həm də ictimai, siyasi baxımdan çox əhəmiyyətli tədbir idi. Bu, məhz indi olmalı idi və oldu. Biz bir daha öz möhürümüzü vurduq və göstərdik ki, öz torpağımızın sahibləriyik".

Festivalda iştirak edən əməkdar jurnalist, “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı isə bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalla təkcə biz yox, dünya mədəniyyət, tolerantlıq və vəhdət mesajları aldı: “”Xarıbülbül" festivalı göstərdi ki, azərbaycanlılar olduqları hər yerə birlik, vəhdət, sevgi, mədəniyyət, sənət daşıyırlar.

Azərbaycanlı olmaq şəxsi kimlik məsələsi deyil, öz şəxsi kimliyini qorumaqla, bir bayrağın, bir konstitusiyanın altında birləşə bilməkdir. Azərbaycanlı olmaq bu torpağın uğrunda bərabər şəhid məqamına yüksəlmək, çiyin-çiyinə qazi olmaq, həm də bu qələbəni deyə-gülə, bərabər qeyd edə bilməkdir. Azərbaycanlı olmaq Azərbaycan bayrağını bağrına basmaqdı. Azərbaycanlı olmaq bildiyin hər dildə Azərbaycanı sevmək, vəsf eləmək, Azərbaycanın şəninə nəğmə oxumaqdır. Mayın 12-də İlham Əliyev bizim tariximizə növbəti səhifə yazdı. Çünki “Xarıbülbül” bir festivaldan çox böyük hadisədir.

Mayın 12-də Şuşadakı atəşfəşanlıq bütün Qarabağın səmasını işıqlandırdı. Mayın 12-də biz Qarabağa birliklə, vəhdətlə, mədəniyyətlə, sənətlə qayıtdıq".

Festivalın ictimai-siyasi əhəmiyyətindən danışan Deputat Aydın Hüseynov isə bildirdi ki, “Xarıbülbül” musiqi festivalı ilə Azərbaycanın dünyaya və Ermənistana mədəni niyyətli olduğunu çatdırdıq: “Azərbaycanın çoxmədəniyyətli, çoxmillətli, çoxdinli ölkə olduğunu növbəti dəfə dünya gördü. Bu tədbirin çoxlu mesajlarından biri də bu idi. Dünyaya mesaj verildi ki, bu ölkədə bütün mədəniyyətlərə və bütün millətlərə yer var. Bir şərtlə, Azərbaycanı öz vətənləri, öz dövlətləri, öz ölkələri biləcəklər. Bu dövlətə silah doğrultmayacaqlar, xainlik etməyəcəklər. Bu tədbir vasitəsilə mesaj çox ustalıqla verildi. Əslində bu, Azərbaycan xalqının təbii halının səhnəsiydi - hamıya qucaq açmaq, hər kəsi qucaqlamaq, qapısını, süfrəsini, mədəniyyətini, ruzisini hamıyla paylaşmaq. Həmçinin hamının haqqına, mədəniyyətinə, dininə, dilinə sayğı və ehtiramla yanaşmaq.

“Xarıbülbül” festivalı, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər, bəyanatlar Azərbaycan xalqında özünə inamın, güvənin daha da artmasında çox böyük əhəmiyyət daşıyacaq. Bu tədbir barədə saatlarla danışmaq olar. Bir sözlə, böyük və möhtəşəm tədbir alındı. Festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Cənab Prezident də çıxışında dəfələrlə vurğuladı ki, Şuşanı qan tökərək, döyüşərək aldıq, amma indən belə qan tökmək fikrimiz yoxdur. Silahlar yox, mədəniyyətlər danışsın, anlaşsın. Ermənistan cəmiyyəti bundan nəticə çıxarmalıdır. Hansı nəticəni çıxaracaqlarını isə zaman göstərəcək.

Azərbaycana qarşı qərəzli mövqedən çəkinməyən bəzi dövlətlər və beynəlxalq təşkilatlar da Şuşada keçirilən böyük tədbirə diqqət etsələr və ədalətli, qərəzsiz olsalar, Azərbaycan reallığının nədən ibarət olduğunu görəcəklər. Bəlkə o zaman Azərbaycana qarşı arqumentsiz iradlarından, qərəzli mövqelərindən əl çəkərlər".

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, “Xarıbülbül” festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə malik olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu: “Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməmiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi. Eyni zamanda həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağımızın nümayişi oldu. ”Xarıbülbül" festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikultiralizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir. Bu zənginliyi, multikultiralizmi, tolerantlığı və birgəyaşayışı mənimsəyə bilməyənlər isə sadəcə ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdirib, onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni etnopsixoloji baxımdan onlar özlərini Cənubi Qafqazının etnolandşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarıbülübül” festivalında multimədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi əslində həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi məsajlar isə ayrıca bir tarixi hadisə idi. Bu, tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, “Xarıbülbül” festivalı böyük və əhəmiyyətli hadisə oldu: “Bu hadisə Azərbaycan hakimiyyətinin mövqeyində qətiyyətli olduğunu, heç bir güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Qələbənin qorunması düşməni axıra qədər diz çökdürməkdən keçir, heç bir halda düşmənə aman vermək olmaz. Qədim Çin hərb elminə görə düşmən məğlubiyyətini tam etiraf etdikdən sonra qələbədən danışmaq olar. Bu cür addımların bütün istiqamətlərdə atılması çox vacibdir. Heç bir istiqamətdə güzəşt, yumşalma olmamalıdır. Festivalın məzmunu ilə bağlı çox deyilib, geniş dayanmaq istəmirəm. Ən vacib məsələ Azərbaycanın vahid və müxtəliflikdə vəhdət təşkil edən zəngin etnik coğrafiyasının təqdim edilməsi və dövlət rəhbərliyinin siyasi iradəsinin nümayişi oldu. Festival çoxlarına, o cümlədən qərəzli mövqedə olan ölkələrə ciddi çağırış oldu. Onlar bilməlidirlər ki, Azərbaycan mövqeyindən geri çəkilməyəcək. Ona görə də münasibətlərini dəyişməli, yanlış ümidlərindən imtina etməli, Azərbaycanın regionda yaratdığı yeni reallıqla hesablaşmalıdırlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR