Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Bakıda I sinfə qəbulla bağlı 43 mindən artıq müraciət daxil olub

Bakıda I sinfə qəbulla bağlı 43 mindən artıq müraciət daxil olub

Tarix: 18-05-2021, 14:10

Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (https://www.mektebeqebul.edu-az) vasitəsilə müraciət edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) fəaliyyət göstərir.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

İstinadlar




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR