Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

ABŞ vətəndaşlarını Ermənistana səfər etməməyə çağırdı

ABŞ vətəndaşlarını Ermənistana səfər etməməyə çağırdı

Tarix: 19-05-2021, 12:51

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına koronavirusla əlaqədar vəziyyətə görə Ermənistana səyahət etməkdən çəkinməyə, həmçinin Azərbaycanla sərhəd yaxınlığındakı yollarda ehtiyatlı olmağa çağırış edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında bəyanat yerləşdirilib.

“COVID-19-a görə Ermənistana səfər etməyin. Bir sıra məntəqələrdə yüksək koronavirus riski mövcuddur”, - deyə bəyanatda deyilir.

Bununla yanaşı ABŞ hökuməti vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhəddəki yollarında ehtiyatlı olmağa çağırıb:

“Yolun bəzi hissələrinin əvvəlcədən xəbərdarlıq olmadan beynəlxalq sərhədləri keçə biləcəyini unutmayın. Yollarda nəzarət-buraxılış məntəqələri qurula və ya yollar ilkin xəbərdarlıq olmadan səfər edənlər üçün bağlı ola bilər”, - deyə Dövlət Departamentindən bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR