Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeniliklər gözlənilir

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeniliklər gözlənilir

Tarix: 19-05-2021, 16:17

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, bərpa olunan enerji sektorunun, yaşıl iqtisadiyyatın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdəndir.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin “yaşıl zona” elan edilməsi təqdim olunan qanun layihəsinin əhəmiyyətini daha da artırır.

“2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırılması nəzərdə tutulur”, - deyə S.Qurbanov əlavə edib.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli sərəncamından irəli gəlir.  

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov çıxışında bildirib ki, qanun layihəsi qəbul olunarsa, bu, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR