Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Saxlanılan gömrük əməkdaşları haqda qərar verildi

Saxlanılan gömrük əməkdaşları haqda qərar verildi

Tarix: 19-05-2021, 18:48




Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb.

Istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.

A.Eylazov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödənilmədən qayıqların ölkəyə buraxılması barədə qərar verməkdə təqsirləndirilir. Amma o, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Elmar Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. Həmin şirkətin əməkdaşı E.Mirzəyevin bank kartına 300 manat pul köçürüb. Emin Xəlilov da özəl şirkət nümayəndələrindən rüşvət alaraq “prosedurları yüngülləşdirməkdə” ittiham edilir.

A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR