Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

“Böyük Ermənistan” və “miatsum” ideyası ağrılı şəkildə ölür - GƏLİŞMƏ

“Böyük Ermənistan” və “miatsum” ideyası ağrılı şəkildə ölür - GƏLİŞMƏ

Tarix: 20-05-2021, 09:21


Ermənistanın neçə vaxtdır süni şəkildə şişirtdiyi sərhəd məsələsi ətrafında siyasi hoqqabazlığı davam edir. Rəsmi İrəvan təzədən gerçəyi baş-ayaq təqdim eləməklə böyük gücləri Azərbaycana qarşı kökləmək və “bulanıq suda” balıq tutmaq sevdasına düşüb. Hədəf yəqin ki, həm də mövcud texniki ziddiyyətlərin “həll olunmamış Dağlıq Qarabağ problemindən qaynaqlandığı” görüntüsünü yaratmaq və Qarabağ mövzusunu təzədən gündəmə qaytarmaq, eyni zamanda ATƏT-in ermənipərəst Minsk Qrupunu reanimasiya eləməkdir.

Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra oyundankənar duruma düşən ABŞ və Fransa da bunda maraqlıdır, o zaman İrəvanın hansı riskli oyunun içində olduğu ortaya çıxar. Çünki 10 noyabr kapitulyasiya sazişinin ləğvində və köhnə status-kvonun bərpasında əslində Ermənistan qədər Paris və Vaşinqton da maraqlı görünür. Bunu Fransa və ABŞ-ın bir sıra rəsmilərinin son ədalətsiz bəyanatlarından da görmək olar.

*****

Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya isə nə qədər qəribə də olsa, sərhəd mübahisəsi ilə bağlı ilk gündən təmkinli və konstruktiv mövqe sərgiləyir. Faktiki məsələni şişirtməyə çalışan İrəvanın haqlı olmadığını onun diqqətinə çatdırır, barışdırıcı təkliflər verir, nəinki Fransa və ABŞ kimi uzaqda duraraq, qızışdırıcı mövqe tutmağa səy edir.

“Rusiya KTMT çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və İrəvana kömək təklif edib. Rusiya həmçinin sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının yaradılmasını dəstəkləyir, bunun üçün vasitəçi olmağa hazırdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri dünən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Tərəflərlə əvvəlcədən razılaşdırılmış şəkildə Rusiya bu məqsədlə ortaq komissiya yaratmağa kömək edə, sərhədlərin delimitasiyası və demarkasiyasına yardım üçün məsləhətçi, lazımdırsa lap vasitəçi ola bilər” - Lavrov bildirib.

*****

Bu arada Azərbaycanla sərhəd intriqası Ermənistanda 20 iyun seçkiləri fonunda məxsusi qabardılmaqda və aktuallıq qazanmaqdadır. Gözlənildiyi kimi, baş nazir əvəzi Nikol Paşinyanın əsas opponentləri bundan öz xeyirlərinə təbliğat üçün maksimum yararlanmağa və hakimiyyəti gözdən salmağa çalışırlar. Təbi ki, ön sırada sabiq prezident, daşnaklarla “Ermənistan” adlı blok yaradan Robert Köçəryan gəlir.

Hərçənd ölkənin hazırkı ağır duruma düşməsinin baiskarlarından biri və birincisi elə onun özüdür. Qarabağ məsələsində on illərlə “miatsum” deyib maksimalist mövqe tutduğuna, erməni cəmiyyətinin beynini yalan vədlərlə doldurub özündən sonrakı iqtidarlara barışıq üçün zərrəcə şans saxlamadığına görə. İndi heç nə olmayıbmış kimi, durub Paşinyanı satqın adlandırmağa, məğlubiyyətə şərik olmaqdan qaçmağa nə var ki.

“Necə olur ki, KTMT daxilində hamının blok üzvü olmayan Azərbaycanla daha güclü dostluq münasibətləri var, nəinki Ermənistanla? Onlar (Paşinyan iqtidarı - red.) bu sadə suala cavab verməlidirlər, ya yox? Niyə Belarus, Qazaxıstan və digər ölkələr Azərbaycanla daha dost münasibətdə olmalıdır? İndi sən onlara müraciət edirsən, səni niyə qorumalıdırlar?”

Bu sözləri Köçəryan Zəngəzurdakı sərhəd insidentinə münasibət bildirərkən deyib. Guya ki, Köçəryan-Sərkisyan xunta rejimi dövründə KTMT üzvlərinin Ermənistana münasibəti indikindən və Azərbaycandan yaxşı imiş.

Erməni siyasilərinə heç cür çatmır ki, hansısa ölkə və ya ölkələrlə normal münasibətlər qurmaq üçün ən əvvəl ortaq maraqlar, yaxud ortaq dəyərlər mövcud olmalıdır. Hələ də qonşu ölkələrin ərazi bütövlüyünü tanımayan və onlara qarşı ərazi iddiaları, revanş hissləri ilə yaşayan, beynəlxalq hüquqa tüpürən, üstəlik, öz təhlükəsizlik məsələsini onun-bunun, Rusiyanın, KTMT-ölkələrinin hesabına çözməyə çalışan Ermənistan niyə etibarlı tərəfdaş sayılmalıdır ki?

*****

Hazırkı sərhəd dəqiqləşdirilməsi ərafında İrəvanın yaratdığı hay-küy də eyni motivdən qaynaqlanır - bacardıqca çox yad torpaqları qamarlamaq. Özü də böyük dövlətləri, KTMT-ni, Rusiyanı şantaj eləməklə. Analoji destruktiv kurs İrəvan tərəfindən 44 günlük Qarabağ müharibəsi zamanı izlənmişdi. O vaxt ermənilər hər şeyə əl atdılar ki, Rusiyanı, “Rus NATO-su”nu öz tərəflərində müharibəyə qoşsunlar. Halbuki hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində gedirdi, Moskva, KTMT bloku ona necə müdaxilə edə bilərdi? Amma kimə deyirsən, ermənilər kimi yaramaz və sırtıq qövm, saxtakar və yalançı sürüsü hələ yer üzünə gəlməyib. Bütün dünya yığışıb qatığa ağ desə də, onlar qara deyəcəklər.

O səbəbdən yenə təəccüblü olmadı: Ermənistanın yalançı göz yaşlarına KTMT və Rusiyadan bu dəfə də adekvat reaksiya gəldi. Hətta ermənipərəst XİN başçısı Sergey Lavrov İrəvana deyil, Bakıya yaxın mövqe sərgilədi və sərgiləyir. Çünki Ermənistanın iddiası, iştahası o qədər absurd və əsassızdır ki, ona simvolik dəstək belə dərhal Rusiyanın imicinə xələl gətirər.

Hərçənd Moskvada bunu da yəqin yaxşı anlayırlar ki, Moskvanın bunca təkliflərinə rəğmən, Paşinyan hökuməti sərhəd məsələsindən hiyləgərcəsinə artıq ABŞ və Fransanı bölgəyə “gətirmək”, Rusiyanı və Türkiyəni sıxışdırmaq niyyəti güdür. Bu isə Ermənistan üçün olduqca riskli oyundur. Ona görə ki, “qırmızı xətləri”n üstünə çıxmaq, onları tapdamaq deməkdir...

*****

“Qaragöl ərazisindəki vəziyyəti sərhəd və ya sərhədyanı münaqişəsi adlandırmayın, çünki universal anlamda Azərbaycanla Ermənistan arasında dövlət sərhədi hələ yoxdur. İndi əldə yalnız SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsinin 1970-ci illərin əvvəllərində hazırladığı xəritədə əksini tapmış bir ayırıcı xətt var. Hansı xəritə ki, Sovet Silahlı Qüvvələri üçün topoqrafik xəritələrin istehsalı üzrə ixtisaslaşmış SSRİ Müdafiə Nazirliyinin 6-cı mətbəəsi tərəfindən 1975-ci ildə nəşr olunub”.

Bu sözləri rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov “İnterfax-Azərbaycan”a deyib.

Analitikin əminliyinə görə, 1988-ci ildəki yox, 1975-ci il sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası “miatsum” ideyasının üzərindən yağlı və çarpaz qara xətt çəkəcək. “Bu da erməni xalqının tarixini geri çevirəcək və onu 50 il geriyə atacaq. Onu da anlamaq lazımdır ki, ”miatsum" ideologiyası SSRİ-nin süqutundan sonra dünya xəritəsində peyda olan və Qarabağda müharibənin əsas təşəbbüskarı olan qondarma “üçüncü” Ermənistan Respublikasının rəsmi dövlət ideologiyası olub. Bu ideologiyanın çökməsi avtomatik olaraq müasir Ermənistan dövlətçiliyinin çökməsi demək olacaq və bunu da İrəvanda yaxşı başa düşürlər. Keçən payızdakı müharibədəki məğlubiyyət yox, məhz 1975-ci il xəritələrinə əsasən Azərbaycan sərhədlərinin bərpası Ermənistanı əsas mövcudluq anlamından məhrum eləməklə qəti olaraq onu indiki formasında məhv edəcək. Hansı ideya ki, Ermənistan lap əvvəldən elə onu həyata keçirmək məqsədilə qurulub", - deyə o vurğulayıb.

Fikrinə davam edən politoloq bu xüsusda Ermənistanı nasist Almaniyası ilı müqayisə edib: “Ermənistanda kapitulyasiyadan sonra Almaniyada nasizmin çöküşü ilə müqayisə edilə bilən bir ideoloji çöküşü gözləmək lazımdır. Hazırda gözümüzün önündə təkcə ”miatsum" ideyası deyil, bütövlükdə “Böyük Ermənistan” ideyası ağrılı bir şəkildə ölür. Hansının ərazisi ki, gündən-günə kiçilir və ermənilərin buna müqavimət göstərməsi üçün heç bir real imkanları yoxdur".

Qalır bu gerçəyi təzədən “qırmızı xətlər”in üstünə çıxan Ermənistanın vaxtında anlaması...
“Yeni Müsavat”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR