Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

İlham Əliyev Qüdsdən DANIŞDI

İlham Əliyev Qüdsdən DANIŞDI

Tarix: 21-05-2021, 13:51


“Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq”.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bəzi hallarda bu qətnamələr bir neçə günə icra olunur: “Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik.

Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək. Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri...

Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR