Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Kondisioner virusun yayılmasını sürətləndirir? - AÇIQLAMA

Kondisioner virusun yayılmasını sürətləndirir? - AÇIQLAMA

Tarix: 24-05-2021, 10:39


Kondisioner virusun yayılmasını sürətləndirən ən böyük amillərdən biridir.

Mediabiz.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, əgər otaqda bir nəfər yoluxmuş şəxs varsa kondisionerin işləməsi virusu bütün otağa yaya bilər və ona görə də bütün qaydalara ciddi əməl etməliyik.

İ.Məmmədov bildirib ki, artıq yay mövsümü gəlir və insanlar daha çox çölə çıxacaq, konditsionerdən daha çox istifadə edəcək:

“Biz heç də unutmamalıyıq ki, pandemiya hələ davam edir. Ümumdünya Səhiyyə Təşkilatı da elan edib ki, qapanmanı götürən bir çox ölkələrdə yoluxma yenidən artıb. Yəni biz ötən yaydakı qapanmanı yaşamaq istəmiriksə ilk növbədə qaydalara əməl eməliyik. Digər tərəfdən isə vaksinləşmə prosesində aktiv iştirak etməliyik. Biz çalışmalıyıq ki, yoluxma sayını artırmayaq. Hazırda virusun azalması o demək deyil ki, pandemiya ortadan qalxıb. Ortadan o zaman qalxacaq ki, əhalimizin heç olmasa 60-70 faizi vaksinasiya olunsun. O zaman biz pandemiyanın ölkəmizdə sona çatması haqqında fikir irəli sürə bilərik”.

Deputat həmçinin açıq havada maska taxılmasını vacib hesab edir: “Bəzən insanlar açıq havada maskadan istifadə edib etməmək barədə müxtəlif fikirlər səsləndirirlər. Əlbəttə edilməlidir, çünki elə yerlər var ki, insanlar sıx hərəkət edir və burada da virusa yoluxmaq mümkündür. Virusun da yayılması üçün külək və digər atmosfer şərləri var. Bütün bunları nəzərə alaraq virusun artmaması üçün qaydalara əməl etməliyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR