Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Operativ Qərargahın bu qadağası ləğv olundu - RƏSMİ

Operativ Qərargahın bu qadağası ləğv olundu - RƏSMİ

Tarix: 24-05-2021, 11:27


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu.

Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar qalmaqda idi.

Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva "Ölkə.az”a açıqlamasında bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırıb. O, havaların isinməsi ilə əlaqədar olaraq bulvarda gəzinti gəmilərinin fəaliyyətini bərpa etdiyini söyləyib:

"Artıq mayın ortasından gəzinti gəmiləri fəaliyyətə başlayıb. Sosial məsafəni qorumaq şərti ilə gəmi səfərlərinə icazə verilir. Yəni gəmi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə uyğun olaraq istifadəyə verilib. Hava yaxşı olan günlərdə gəmilər gəzintiyə çıxsa da, küləkli havalarda səfərlər olmur.

K.İmamverdiyeva bulvar ərazisindəki attraksionların fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hələlik dəqiq məlumat olmadığını söyləyib:

"Gəmilərdə sosial məsafəni gözləmək olur. Amma uşaqların istifadə etdiyi attraksionlarda bu qaydalara riayət etmək mümkün deyil. Attraksionlarla bağlı Operativ Qərargah nə qərar verəcəksə, o zaman istifadəyə verəcəyik.  Hələlik bulvada atrraksionların istifadəsinə icazə verilmir” .




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR