Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

İcra hakimiyyətlərinin “hökmranlığı”na son qoyacaq plan: - Bakının yükünü azaldacaq və daha ucuz olacaq

İcra hakimiyyətlərinin “hökmranlığı”na son qoyacaq plan: - Bakının yükünü azaldacaq və daha ucuz olacaq

Tarix: 24-05-2021, 18:13


“Azərbaycanda bir çox rayonların birləşdirilməsi məsələsinə indi baxmalıyıq. Hesab edirəm ki, bunu Bakıdan başlamaq lazımdır. Bakının bu qədər rayonunun olması idarəetmədə müəyyən problemlər yaradır”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin 21 mayda keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, idarəetmənin çevikliyi baxımından da Qarabağa məcburi köçkünlər yerləşdirildikdən sonra bələdiyyə seçkiləri keçirilməlidir: “Ona görə də erkən bələdiyyə seçkiləri keçirmək olar”.

Bu məsələ uzun müddətdir müzakirə olunsa da, fikirlər fərqlidir. İnzibati ərazi bülgüsündə dəyişikliyin edilməsini idarəetmədə çeviklik və mobillik yaratmaq baxımından vacib hesab edənlərlə yanaşı, ilk növbədə bələdiyələrin səlahiyyətini artrmağı təklif edənlər də var.

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, regionların və Bakının idarə edilməsi üçün belə bir addımın atılması vacibdir:

“2013-cü ildə proqram sənədlərimizdə Bakıda və bölgələrdə rayonların birləşdirilməsi və regional idarə etmənin yaradılması ilə bağlı təkliflər vermişdik. Azərbaycan üzrə 15-16 regionun yaradılması və mərkəzi hakimiyyət orqanlarının nümayəndələrinin Prezident tərəfindən təyin edilməsi təklifini irəli sürmüşdük. Geriyə qalan yerlərdə isə yerli bələdiyyələrin gücləndirilməsi yolu ilə yerli problemlərin həllinin seçilmiş orqanlara tapşırılması ilə bağlı çıxış etmişdik. Dəfələrlə də bunu gündəmə gətirmişdik ki, doğrudan da Azərbaycanda idarəetmənin optimallaşdırılması üçün bu addımlar çox vacibdir. Həm büdcə xərclərinə qənaet edəcək, həm də idarəetmənin formasının və fəlsəfəsini dəyişməsinə səbəb olacaq. Ümumiyyətlə, son zamanlar icra hakimiyyətlərinin həbsi və vətəndaşların onlardan narazılığı onu deməyə əsas verir ki, icra hakimiyyəti institutu artıq sıradan çıxıb. Yeni institutların yaradılması artıq zamanın da tələbidir. İşğaldan azad olunmuş ərazilərin, digər bölgələrin və ümumən ölkənin effektiv idarəsi üçün bu addım vacibdir”.

Ekspert bildirib ki, Bakı şəhərinin idarəedilməsi üçün Böyük Şəhər Bələdiyyəsi yaradılmalı və mer seçkiləri keçirilməlidir:

“Bakı şəhərinin özünün rayonlara ayrılması öz-özlüyündə qeyr-effektiv idarəetmə formasıdır. Bakı şəhərində Böyük Şəhər Bələdiyyəi yaradılması mümkün olarsa və mer seçkiləri keçirilərsə, Bakı vahid ərazi bölgüsünə çevrilər. Bakını rayonların da birləşdirilməsi ilə dörd zonaya - yəni məkrəzi, 1-ci, 2-ci və 3-cü zonalara ayırmaq olar. Zonalarda da regional idarəetmənin təşkili ilə bağlı yeni qaydaların tətbiqi mümkündür. Bu da Bakı şəhərinin idarəedilməsini asanlaşdıracaq. Böyük Şəhər Bələdiyyənin və mer sisteminin yaradılması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin tərkib hissəsidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda inzibatı ərazi bölgüsü aparılması vacibdir:

“Azərbaycanda iqtisadi rayonlar onsuz da var. Düzdür, bu inzibati ərazi bölgüsü deyil. Azərbaycan Nazirlər Kabineti nəzdində idarəetməni təşkil etmək üçün iqtisadi rayonlara bölünüb. Tarixi keçmişimizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünün inzibatı ərazi bölgüsü olub. Ölkənin inkişafı üçün inzibatı bölgünün aparılması şərtdir. Regionlarda kiçik problem olanda belə vətəndaş Bakıya şikayət edir. Bu, çox qeyri-professional idarə etmədir. Regiondakı problemləri yerli idarəetmə orqanı həll etməlidir. Böyük regionların yaradılması bu məsələdə Bakının yükünü azaldacaq.

Regionlarda vətəndaşlarla seçilmiş idarəetmə orqanlarındakı məmurlar arasında əlaqələr yaranacaq. Seçilmiş insanların da məsuliyyəti vətəndaş qarşısında artacaq”.

Natiq Cəfərli bildirib ki, belə bir sistemə keçmək üçün böyük vəsaitə ehtiyac yoxdur:

“Belə bir sistemin yaradılması böyük vəsaitə ehtiyac yoxdur. Birincisi, idarəetmə formasını tapıb, konstitusiyada qeyd olunmalıdır. İdarəetmə oqranları da yerli büdcə hesabına öz büdcənin formalaşdırmalıdır. Bunun üşün referendum lazımdır. Yeni konstitusiyaya uyğun olaraq da yerli idarəetmə orqanlarına seçkilər keçirilməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR