Son Xəbər: Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb,

Bölgələrdə tərəvəz məhsullarının qiyməti kəskin ucuzlaşıb - VİDEO

Bölgələrdə tərəvəz məhsullarının qiyməti kəskin ucuzlaşıb - VİDEO

Tarix: 26-05-2021, 10:33


Göyçay rayonunda qış aylarında əkilən istixanaların məhsulları - xiyar və pomidor satışa çıxarılıb.

Baku TV xəbər verir ki, rayonun Ləkçıplaq kəndində 10 gün öncə xiyarın 1 kiloqramı 1,50-2 manat arası dəyişirdisə, indi bu qimət dəfələrlə dəyərindəndə ucuz 3-5 qəpik arasında dəyişir. Qiymətlərin ucuz olmasına səbəb isə həm məhsulun bol olması, həm də alıcı qıtlığıdır.
Fermerlərin sözlərinə görə, məhsulun dəyərindən dəfələrlə ucuz satılması nəinki onun maya dəyərini, hətta əlavə xərclərini belə ödəmir.

Xiyarla yanaşı, pomidor da dəyərindən dəfələrlə ucuz alınır.

Fermerlərin sözlərinə görə, bir həftə öncə pomidorun 1 kiloqramı 1-1,50 manat arasında satılırdısa, hazırda 20 qəpiyə belə alan yoxdur. Fermerlərin min bir əzab-əziyyətlə yetişdirdikləri tonlarla məhsul həyətlərində çürüyür.

Qeyd edək ki, Ləkçıplaq kəndi ilə yanaşı, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alıkənd, Hacalıkənd, Qarabaqqal, Cəyirli, Bəydövül və Kürdəmiş kəndlərində eyni vəziyyət mövcuddur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR