Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Brüssel görüşləri Azərbaycanı HARA APARIR? - GƏLİŞMƏ

Brüssel görüşləri Azərbaycanı HARA APARIR? - GƏLİŞMƏ

Tarix: 2-09-2022, 09:41

 
“Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündə qərara alındı ki, noyabrın sonuna qədər indiki formatda növbəti görüş keçirilsin. Bu, Avropa İttifaqının məsələyə ciddi yanaşmasına dəlalət edir. Bu görüşlə Brüssel həm də Azərbaycan-Ermənistan probleminin həlli məsələsini müəyyən qədər Rusiyanın əlindən aldı. Adətən Rusiya indiyə qədər Brüsselin təşkil etdiyi görüşdən əvvəl və ya sonra görüş təşkil edirdi. Amma bundan sonra alternativ görüşlərin əhəmiyyəti olmayacaq. İndiyə qədər keçirilən görüşlərdə Qarabağın statusu, ABŞ-ın diriltmək istədiyi Minsk qrupu məsələsi gündəliyə gətirilməyib. Bu, olduqca əhəmiyyətlidir”. Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən görüşündən danışarkən deyib.

C. Nuriyev əlavə edib ki, Brüssel danışıqları Azərbaycanın bir müddət əvvəl Ermənistana təklif etdiyi 5 tələb və təklif əsasında həyata keçirilib: “Ölkələrin ərzi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq, suverenlik, nəqliyyat dəhlizinin açılması və s. məsələlər”.

Professorun fikrincə, görüşdə ən əhəmiyyətli məqam Brüsseldə iki dövlət arasında sülh sazişinin imzalanması üçün işçi qrupun yaradılması, bu məqsədlə xarici işlər nazirlərinə tapşırıqlar verilməsi və ilkin variantın hazırlanmasıdır. “Əsas odur ki, Avropa İttifaqı rəhbərliyi danışıqların davam etdirilməsi və məsələnin başa çatdırılmasında israrlı olduğunu dilə gətirdi. Eyni zamanda kənarda durub işə mane olmaq istəyən Fransa oyundan kənarda qaldı, ruslar da müəyyən imkanlarını itirdilər”,- deyə C. Nuriyev əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət “Milli maraqlar” nəzəriyyəsinə uyğun olaraq Azərbaycan maraqları çərçivəsində aparılır:

“Azərbaycan haqq işini Avropada effektiv həyata keçirir. Birmənalı şəkildə Qarabağ problemi çözülüb. Bu, olduqca böyük əhəmiyyətə malikdir”.

Reyting.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR