Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda tədris ili yenidən başlayacaq?

Azərbaycanda tədris ili yenidən başlayacaq?

Tarix: 3-04-2020, 14:30

Koronavirus pandemiyasının zərbə vurduğu sahələrdən biri də təhsil sektorudur. Hökumət pandemik virusa yoluxma halının kütləvi xarakter almaması üçün təhsil ocaqlarının fəaliyyətini dayandırmaq qərarı verdi. Xüsusi karantin rejimində məktəblilər distant təhsil almaq məcburiyyətində qalıb. Yenisabah.az pandemiyanın təhsil sahəsinə vurduğu zərbə, onun kompensasiya edilməsi, xüsusi karantin rejimində effektiv tədris metodları barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyevlə söhbətləşib. 
- Etibar bəy, koronavirus pandemiyasına görə təhsil ocaqlarının fəaliyyətinin dayandırılması bu sahədə hansı problemlərin yaranmasına səbəb ola bilər?
- Bəli, prosesin təhsilin bütün pillələrinə təsiri qaçılmazdır. Əsas problemlər orta təhsildə yaranıb. Çünki 9 və 11-ci sinif şagirdlərinin dərs prosesi quratarandan sonra biliklərinin attestasiyası aparılır. Dərslərə verilən fasilənin attestasiyaya təsiri danılmazdır. Bununla yanaşı məktəblərin bağlanmasının şagirdlərə psixoloji təsiri də danılmazdır. Məktəb psixoloqları mütəmadi olaraq valideynlərlə ünsiyyət qurmalıdırlar. 
- Distant dərslərin effektivliyini necə qiymətləndirirsiniz?
- Bu tip dərslər alternativ dərslər sayılır. Təhsil müəssisələri buna hazır olmalıdırlar. İnformasiya cəmiyyətinin alətləri “online” təhsilə keçidi asanlaşdırır. Lakin bu sistemli xarakter daşımadığından bunun effekti barədə danışmaq yersizdir. Müşahidələrimiz göstərir ki, öyrənmək istəyən şagird və tələbə həm sərbəst şəkildə, həm də müəllimi ilə müxtəlif platformalar vasitəsilə ünsiyyət qurmaqla yaranmış boşluğu aradan qaldırmağa  cəhd edirlər. Azərbaycan Dövlət İqtisad Universitetində “online” dərslərinin effektivliyi ənənəvi dərslərdən bir o qədər fərqlənmir. 
- Belə iddialar var ki, 2019-2020-ci ilüçün nəzərdə tutulan tədris proqramı təkrar keçirilə bilər. Bu mümkündürmü və sizcə, buna zərurət varmı?
- Pandemiya tədris müəssisələrini dərs ilinin yekunlaşmasına 3 ay qalmış yaxaladı. Tədris illərində şagirdlərin nailiyyətinə diqqət etsəniz, görərsiniz ki, illər üzrə əsasən zəif nəticə göstərənlərin sayında müəyyən eyniyyət var. Düşünürəm ki, bu ildə bu tendensiya özünü qabarıq şəkildə göstərəcək. Çalışqan şagirdlər və tələbələr çıxış yollarını sərbəst şəkildə tapa bilirlər. 
- Qəbul imtahanları asanlaşdırıla bilərmi?
- Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə son müəllif yazısında bu məsaləyə xeyli aydınlıq gətirdi. Bu qurum da artıq tədris prosesinə köməyini əsirgəmir, Belə ki, mərkəzin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lər yerləşdirilir. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Qurumun rəhbərliyi vəd edir ki,  epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirə bilərlər.  Qəbu imtahanlarının asanlaşıdrılması, yaxud vaxtının dəyişdirilməsi ciddi müzakirələr tələb edir. Bütün dönəmlərdə balların aşağı salanması, yaxud əlavə yerləşdirmələr imtahanların nəticələrindən ortaya çıxır.
- Pandemiyanın təhsil sahəsinə daha ciddi zərbələr vurmaması üçün hansı addımlar atılmalıdır?
- Müəllimlər şagird və tələbələri ilə maraqlanmalıdır. Distant təhsilin arsenalı genişləndirilməlidir. İKT alətlərinin gücündən maksimum səviyyədə istifadə olunmalıdır. E-poçt, whatsApp və facebukun imkanlarından istifadə olunmalıdır. Bununla yanaşı biliyin yeganə mənbəyi olan kitablardan istifadə olunmalıdır. Düzdür ali təhsil sahəsində bu istiqamətdə problemlər var, ancaq bütün orta məktəb şagirdləri dərsliklərlə təmin olunublar. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR