Son Xəbər: Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb, Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib, Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib, KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq,

Karantin tədbirləri gücləndirilir - NK-dan açıqlama

Karantin tədbirləri gücləndirilir - NK-dan açıqlama

Tarix: 11-04-2020, 17:24

İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyətin təhlil olunaraq, görülən qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır.
Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov koronavirusla bağlı son vəziyyət haqda danışarkən deyib.
"Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur. Yoluxmanın artıb-azalma tezliyi spiralvaridir. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın", - İ.Məmmədov bildirib.
Qrrum rəsmisinin sözlərinə görə, həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər:
"Amma müşahidələr və faktlar göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil. Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 karantin pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində karantin qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların karantin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünütəcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR