Son Xəbər: Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək,

Azərbaycana turist axını 15% azalıb

Azərbaycana turist axını 15% azalıb

Tarix: 17-04-2020, 20:29

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 15% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, azalmanın əsas səbəbi koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə bu il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən isə Rusiya ilə dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrindən vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunmadıdır. Son nəticədə martda ölkəmizə gələnlərin sayı fevralla müqayisədə 53,4%, ötən ilin martı ilə müqayisədə isə 62,2% azalıb.

I rübdə gələnlərin 30,3%-i Rusiya, 28,3%-i Gürcüstan, 11,7%-i Türkiyə, 5,9%-i İran, 2,4%-i Hindistan, 2,3%-i Səudiyyə Ərəbistanı, 2%-i Ukrayna, hər birindən 1,5% olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan, 1,4%-i Küveyt, 1,3%-i Qazaxıstan, 1,2%-i Türkmənistan, 1%-i İraq, 0,9%-i Böyük Britaniya, 0,8%-i Özbəkistan, 0,7%-i İsrail, 6,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 73%-ni kişilər, 27%-ni isə qadınlar təşkil etib.

Son 1 ildə BƏƏ-dən gələnlərin sayı 62,4%, Çindən gələnlərin sayı 52,7%, İrandan gələnlərin sayı 45,9%, Omandan gələnlərin sayı 45%, İraqdan gələnlərin sayı 41%, ABŞ-dan gələnlərin sayı 31,7%, İspaniyadan gələnlərin sayı 29,7%, Qətərdən gələnlərin sayı 27,8%, İtaliyadan gələnləron sayı 27,3%, Niderlanddan gələnlərin sayı isə 23,2% azalıb.

Ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 36,3% azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,3% azalaraq 189,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9%-i dəmir yolu və avtomobil, 33,8%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR