Son Xəbər: CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib, NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək, Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib, Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur, HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq, KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib,

Bu, sadəcə rüsvayçılıqdır – Deputatdan sərt çağırış

Bu, sadəcə rüsvayçılıqdır – Deputatdan sərt çağırış

Tarix: 27-04-2020, 22:58

Əvvəla qeyd edim ki, Nazirlər Kabineti Konstitusiyanın 120-ci maddəsinə əsasən ümumi qaydalar müəyyənləşdirən normativ hüquqi aktlar qəbul edə bilər. Qanunvericiliyin vaxtında sistemləşdirilməməsi səbəbindən karantin rejiminin tətbiqi ilə əlaqədar hüquqşünaslar arasında nüəyyən fikir ayrılığı var. Amma ölkə Konstitusiyasının 41-ci maddəsinin 2-ci hissəsinə əsasən, dövlət “sanitariya-epidemologiya salamatlılığına təminat verir”.
Bu sözləri Axar.aza açıqlamasında BAXCP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Şuranın karantin rejimi qaydaları pozuntularına görə təyin edilən cərimələrin hüquqi əsasının olmaması və buna görə də vətəndaşları cərimələri ödəməməyə çağırması ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVİD-19 virusuna görə pandemiya elan olunduğu üçün hökumətin beynəlxalq təcrübəyə əsaslanaraq bu istiqamətdə atdığı bütün addımları son zərurət vəziyyətində qəbul olunmuş qərarlar kimi qəbul etməliyik:
“İnzibati cərimələrin yalnız məhkəmələr tərəfindən tətbiq olunması barədə iddiaların da hüquqi əsası yoxdur. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində deyilir ki, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyəli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məcəllənin 211-ci maddəsinə əsasən, karantin rejiminin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə oluna bilər. Cərimə inzibati tənbeh tədbiri kimi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır”.
Q.Həsənquliyev qeyd edib ki, vətəndaşları hüquq müstəvisindən kənar fəaliyyətə səsləmək sadəcə rüsvayçılıqdır:
“Karantin rejimini pozanlar özlərinin, yaxınlarının və başqalarının həyatını təhlükəyə atırlar. Buna görə də karantin rejimini pozmağa görə alternativ inzibati tənbeh tədbiri nəzərdə tutulmayıb və cərimənin minimum məbləği 100 manatdır. Polis də humanistlik nümatiş etdirərək, bir qayda olaraq 100 manat cərimə tətbiq edir. Əgər vətəndaşlarımızdan kimsə hesab edirsə ki, o əsassız olaraq cərimələnib, bu barədə məhkəməyə müraciət etməlidir. Hətta cəza haqlı tətbiq olunubsa, amma şəxs cəriməni ödəyə bilmirsə, onun təxirə salınması və icrasına möhlət verilməsi barədə də iddia qaldıra bilər. Biz qanunları tətbiq edən polisi yox, qaydalara əməl etməyən vətəndaşlarımızı qınamalıyıq. Yalnız qanunlara hörmət etməklə hüquq dövləti qurmaq mümkündür. Ona görə də vətəndaşlarımızı hüquqi dövlət quruculuğundan danışıb, reallıqda isə insanları qanunsuzluğa səsləyən siyasi dələduzlara əhəmiyyət verməməyə çağırıram”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR