Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Heyvan saxlayan deputatlar: “İt də var, qaz da, dovşan da” - SORĞU

Heyvan saxlayan deputatlar: “İt də var, qaz da, dovşan da” - SORĞU

Tarix: 10-06-2020, 18:24

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, ölkədə elan edilən sərt karantin günlərində vətəndaş itini gəzdirmək üçün ancaq yaşadığı evin yaxınlığına çıxa bilər.
Oxu.Az mövzunun aktuallığını nəzərə alıb Milli Məclisin deputatlarından kimlərin ev heyvanı saxlayıb-saxlamaması ilə maraqlanıb.
Deputat Sabir Hacıyev deyib ki, bir neçə il bundan qabaq ev heyvanları saxlayıb. Onun sözlərinə görə, heyvanlara münasibətdə həssasdır.
“Mən əvvəllər it də saxlamışam, pişik də. İndi sahibsiz itləri, pişikləri görəndə onlara qayğı ilə yanaşıram, yemək verirəm. Hətta olur ki, yolda avtomobil vuran itləri baytara aparıram”.
Deputat Nurlan Həsənov isə ev heyvanlarına marağının olmadığını və saxlamadığını bildirib.
Millət vəkili Tahir Kərimli qeyd edib ki, şəhər şəraitində heç zaman ev heyvanları saxlamayıb. Bununla belə, əlavə edib ki, İsmayıllıdakı həyət evində pişiklər, kiçik it olub:
“Amma həmin iti maşın vurdu. Övladlarımın, nəvələrimin də ev heyvanlarından xoşları gəlir. Hazırda isə ev heyvanları saxlamırıq”.
Deputat Kamilə Əliyevanın sözlərinə görə, ev heyvanlarını xoşlasa da, onları saxlamağa üstünlük vermir.
“Mən bioloqam, başa düşürəm ki, ev heyvanlarının tükləri allergik reaksiyalar verə bilər. Amma ev heyvanlarını çox sevirəm. Digər insanlar ev heyvanı saxlayırlarsa, onların sərt karantin rejimində həyətə düşə bilmələrinə icazə verilir. Burada bir qəbahət də görmürəm”.
Vüqar İsgəndərovun sözlərinə görə, ev heyvanlarını çox sevir, amma şəhər evindəki şəraitlə əlaqədar onları saxlamaq alınmır:
“Hətta kiçik qızım ev heyvanı almağımı istəyirdi. Amma Bakıda ev şəraitinə görə saxlaya bilmirik”.
Millət vəkili Fəzail Ağamalı söyləyib ki, bağ evində it də saxlayır, pişik də:
“Amma onları gəzdirməyə ehtiyac yoxdur. Özləri həyətdə gəzirlər, sərbəstdirlər. Onları qəfəsə salmırıq”.
Fazil Mustafa da ev heyvanları saxlayanlar sırasındadır – itdən tutmuş qaza qədər. Bir sözlə, onun “heyvan ferması” daha zəngindir.
“Ev heyvanlarını bağda saxlayıram. İtlər də var, qazlar da var, toyuqlar da var, dovşanlar da. Bildirçin də saxlayıram”.
Rüfət Quliyev də bağ evində iki sadə çoban iti var. “Lap vəhşi cinslərdən deyil”, - deyən R.Quliyev akvariumunun olduğunu da bildirib.
“Akvariumda da sadə, ucuz balıqlardır”.
Xanım deputat Jalə Əliyeva isə hazırda ev heyvanı saxlamır. O, vaxtilə pişik saxladığını deyib:
“Təəssüflər olsun ki, ev heyvanım yoxdur. Olsaydı, məmnuniyyətlə gəzdirərdim. Mənim bir pişiyim var idi. Amma onun həyatı faciəli bitdi. Ondan sonra ev heyvanı saxlamağa qorxuram. Çünki alışıram, sonra nəsə olanda mənə çox pis təsir edir”.
Xanım deputat Əminə Ağazadə isə ev heyvanı saxlamadığını bildirib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR