Son Xəbər: Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb,

SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir

SOCAR: Dənizdə işləyənlər test nəticələri mənfi çıxandan sonra işə göndərilir

Tarix: 2-07-2020, 19:21

“Sərt karantin dövründə işçilərin koronavirusa (COVID-19) yoluxma və başqalarını yoluxdurma riskini minimuma endirmək üçün Azərbaycan Dövlət Neft  Şirkətinin (SOCAR) siyasəti işçilər arasında koronavirus testlərinin intensiv keçirilməsi, mütəmadi dezinfeksiya, sosial məsafənin qorunması, habelə mümkün olduğu hallarda işçilərin distant şəkildə (evdən) işləməsi və digər tədbirləri əhatə edir”.
Bunu “Report”un sorğusuna cavab olaraq SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov şirkətin sərt karantin dövründə necə işləməsi ilə bildirib.
Onun sözlərinə görə, neft sənayesi ölkəmiz üçün həyati əhəmiyyətli iqtisadi sahələrdən olduğuna görə, neftçilər bu gün də iş başındadırlar: “Şirkətin idarəetmə aparatında, idarələrdə, dəniz obyektlərində koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər görülür. İnzibati binalarda bio-dezinfeksiya keçidləri quraşdırılıb, quru və dənizdəki istehsalat obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, işçilər xüsusi yoxlamadan keçirilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir”.
SOCAR rəsmisi bildirib ki, dəniz özüllərində xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb: “Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb”.
İ.Əhmədov qeyd edib ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah həftənin 7 günü, sutkanın 24 saatı öz fəaliyyətini davam etdirir:
“Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə rəqəmsal vasitələrlə bağlantı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır. Dəniz obyektlərində çalışan işçilər xüsusi ayrılmış karantin zonalarına yerləşdirilir, həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Rəhbər işçilər istisna olmaqla, bir çox işçilərə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda rəhbərlər ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə imkanları yaradılıb. Dənizə gedən işçilər xüsusi karantində saxlanılır və test nəticələri mənfi çıxandan sonra iş yerinə göndərilir. Ofislərə gələn işçilər arasında da mütəmadi olaraq testlər aparılır. Karantin dövründə işçilər qoruyucu və digər vasitələrlə təmin olunurlar”.
Qurum sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə işçilərin inkişafına distant şəkildə töhfə vermək məqsədilə müxtəlif mövzuları əhatə edən daxili vebinarlar keçirilir: “SOCAR-ın müəssisələri və struktur bölmələrinin kollektivi istehsalat fəaliyyəti ilə yanaşı, dövlətin koronavirusla bağlı tədbirlərində, əhaliyə ərzaq yardımı aksiyalarında, eyni zamanda həkimlərimizə dəstək məqsədilə həyata keçirilən sosial xarakterli çağırışlarda da aktiv iştirak ediblər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR