Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Amerika Ticarət Palatası Ermənistanın hücumlarını pisləyir

Amerika Ticarət Palatası Ermənistanın hücumlarını pisləyir

Tarix: 6-10-2020, 15:07

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycana edilən bütün hücumları, xüsusilə də, Ermənistan ərazisindən mülki əhalinin yerləşdiyi böyük yaşayış məntəqələrinə və strateji infrastruktur obyektlərinə həyata keçirilən hücumları qətiyyətlə pisləyir.

Bu barədə Palatanın bəyanatında bildirilir.  

Palata nümayəndələri, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri çərçivəsində həll edilməsinə çağırır, hansı ki, burada işğalçının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. 

Məlumatda bildirilir ki, son bir həftə ərzində bəzi ərazilərin Ermənistan işğalından azad edilməsi 30 il sonra ilk dəfə bir milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmağa, davamlı sülh və stabilliyə ümid verir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR