Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır”

“Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır”

Tarix: 5-11-2020, 21:40

“Newsweek” nəşrində Dağlıq Qarabağdakı son hadisələrlə bağlı məqalə dərc edilib.

Məqalədə Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edərək, ölkəmizin tolerantlıq, çoxetiqadlılıq və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər:

“Ölkəmizin yəhudi, xristian pravoslav və müsəlman icmalarından olan dini liderlər kimi, beynəlxalq mediada “xristianların təhlükə altında olduğu” ilə bağlı yazılanlara görə, danışmağımızın vaxtı gəldi. Biz fərqli inanclara sahib ola bilərik, amma hamımız bir xalqıq - azərbaycanlıyıq”.

Məqalədə vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır.

“Aşkenazi yəhudi icması, dağ yəhudi icması, katoliklər, pravoslavlar, Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edirlər. Azərbaycan tolerantlıq, çox etiqadlılıq, multikulturalizm nümunəsidir”.

Məqalədə qeyd olunub ki, 30 ildən çox müddətdə - 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən münaqişə zamanı – 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin düşüb. İşğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulanların sayı isə 700 mindən çoxdur. Bu gün Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerlərinin ya təyinatı dəyişdirilib, ya da dağıdılıb, zədələnib. Azərbaycanın şəhər və qəsəbələrində isə kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bu gün təklif etdiyi Dağlıq Qarabağda yaşayanların oranı tərketməsi deyil, əksinə, bir vaxtlar özlərinin qovduqları insanların geri qayıtmasıdır. Ölkəmiz orada fərqli din, mədəniyyət, etnik mənsubiyyətə malik, sülh şəraitində yaşamaq istəyənlər üçün Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan bir geridönüşdür.

Bundan əlavə, məqalədə ermənilərin Gəncədə dinc əhalini hədəf almasından da söz açılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR