Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb,

Bakının bu rayonları donur: istilik niyə verilmir?

Bakının bu rayonları donur: istilik niyə verilmir?

Tarix: 17-11-2020, 12:48

“Azəristiliktəchizat” qış rejiminin başlaması səbəbindən noyabrın 15-dən Bakıya istilik verilməsini həyata keçirməli olsa da, hələ də proses başlamayıb və yaxud ciddi çatışmazlıqlar var. Sakinlərin sözlərinə görə, Bakının Qaradağ, Nərimanov, Yasamal, Xətai, Binəqədi rayonları, 6-cı mikrorayon, Əhmədli qəsəbəsi, eləcə də digər ərazilərdə hazırda istilik yoxdur.
Məsələ ilə bağlı Axar.az-a danışan “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, istiliyin verilməməsi “Azəriqaz” və bəzi MTK-lardakı daxili problemlərlə bağlıdır.
Mütəxəssislər isə “Azəristiliktəchizat”ın bəhanə uydurduğunu iddia edir. Onların sözlərinə görə, qazanxanalarda problem müşahidə olunur:
“Noyabrın 9-11-də qurum Bakıda istilik sisteminin yoxlanıldığı və qışa tam hazır olduğunu açıqlasa da, 15 noyabrda istilik verə bilmədi. Bunun da səbəbi odur ki, bir çox qazanxanada ciddi problemlər vardı və aradan qaldırılmamışdı. Yalnız qazanxanalar işə salındıqdan sonra o problemlərin aradan qaldırılmasına başlanılıb ki, bu da vaxt aparır. Yəni 9 noyabr tarixində “yoxlanış” və “tam hazırlıq” aparılmayıb və yaxud formal hesabat hazırlanıb”.
Mütəxəssislərin sözlərinə görə, “Azəriqaz”la hər hansı problem yaranıbsa və yaxud “Azəriqaz” qazanxanaların qazla təchizatını vaxtında aparmayıbsa, “Azəristiliktəchizat” bununla bağlı əhaliyə məlumat verməli idi:
“Xidmət sektorunda çalışan və abonentlərinə hörmət edən heç bir qurum öhdəsinə düşən vəzifəni icra edə bilmədiyi halda bu qədər məsuliyyətsiz davranmır. Niyə “Azəristiliktəchizat” 3 gün keçməsinə baxmayaraq, rəsmi açıqlama yayıb, bəzi rayonlardakı problemlərə aydınlıq gətirməyib? Niyə bu problemlərə görə əhalidən üzr istəməyib? Bu, bir daha təsdiqləyir ki, bu cür xidmət sektoru mütləq özəlləşdirilməlidir”.
Xatırladaq ki, 11 noyabrda Rafiq Əliyev bütün hazırlıq işlərinin tamamlandığını, evlərə istilik verməyə hazır olduqlarını bildirmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR