Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Tarixçi alim: “Bütün izlər Kəlbəcərdəki Xudavəng monastırının ermənilərə aid olmadığını göstərir”

Tarixçi alim: “Bütün izlər Kəlbəcərdəki Xudavəng monastırının ermənilərə aid olmadığını göstərir”

Tarix: 18-11-2020, 08:54

Ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər rayonundakı Xudavəng monastrı ilə bağlı bütün izlər bu abidənin onlara məxsus olmadığını göstərir.


Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış xristian albanlara məxsus Xudavəng monastrı üzərində ən böyük saxtakarlığı ermənilərin özləri ediblər:

“İlk növbədə, qeyd etmək lazımdır ki, burada hələ xristianlığaqədərki dövrdə də məbəd olub. Bunu 2007-ci ildə ermənilərin özlərinin monastr ərazisində apardığı qazıntılar zamanı aşkarlanan xüsusi oturacaqlarda oturmuş formada heykəllər də sübut edir. O zaman ermənilərin özləri də etiraf etmişdilər ki, bu cür heykəllər erməni xristianlığına xas deyil. Digər tərəfdən, kilsənin adını guya erməni dilində yüksəklik, təpə mənasını verən “xota” ilə əlaqələndirməklə ermənilər daha bir saxtakarlığa yol veriblər. Əslində, ad bu gün də dilimizdə olduğu kimi Xuda-vəngdir. Xuda/Quday isə xristanlığa qədərki dövrdə Turan və İran arealında "tanrı, yaradıcı" mənasında işlədilib”.
E.Kəlbizadə əlavə edib ki, XIII əsrdə monastrın ən böyük tikilisini inşa etdirən hökmdar xanımının adının Arzu-xatun, atasının adının isə kitabədə Qurd olaraq qeyd olunması da təsadüf sayılmamalıdır.
Onun sözlərinə görə, ermənilər 2004-cü ildən etibarən erməni əsilli Amerikan biznes-ledisi Adel Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də saxtalaşdırma işlərinə başlayışlar. Bərpa işlərində Tehran ermənisi olan Edik Abramyan da fəal iştirak edib:
“Bu günlərdə yayılan videolarda gördüyümüz ermənilərin daşıyaraq apardıqları kilsə zəngi də 2005-ci ildə asılıb və o, heç bir tarixi mahiyyət daşımır. O dövrdə saxtalaşdırma işlərini həyata keçirən ermənilər 2017-ci ildə guya buradakı “qədim” - əslində isə ermənilər tərəfindən bir müddət öncə basdırılmış tapıntıları aşkarlamaq və hansısa yazıları bərpa etmək üçün italiyadan mütəxəssislər dəvət etmişlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR