Son Xəbər: Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ,

Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA

Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA

Tarix: 1-12-2020, 17:50

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.
Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:
“Ermənistandan fərqli olaraq, Azərbaycan ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.
Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edib, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil edib.
Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.
Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.
Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq, Birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.
Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.
Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.
Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “www.human.gov.az” rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR