Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Maskaları şərflə əvəz etmək olarmı? - AÇIQLAMA

Maskaları şərflə əvəz etmək olarmı? - AÇIQLAMA

Tarix: 3-12-2020, 11:04


Maskaları şərflə əvəz etmək olmaz.

“Zvezda”nın məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbərdarlıq edilib.

“Maskalar taxılmalıdır. Şərflərdən isə viruslara qarşı baryer vasitəsi olaraq istifadədən söhbət belə gedə bilməz”, - deyə qurumun Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev qeyd edib.

Onun sözlərinə görə, maskalar baryer tipli fərdi qoruyucu vasitələrdir və virusla insan arasında bir maneə yaradırlar.

O, maskaların düzgün taxılmasının da vacibliyini vurğulayıb, çünki fərdi qoruyucu vasitələr ancaq bu halda koronavirusdan qoruyur.

“Qoruyucu vasitələr mümkün qədər üzə sıx yapışmalıdır - burun və ağzı örtməlidir. Onu təmiz əllə taxmaq lazımdır”, - deyə mütəxəssis əlavə edib.

Lebedev vurğulayıb ki, maska məhdud müddətə taxılmalıdır: sakit vəziyyətdə iki-üç saatdan, fiziki fəaliyyət zamanı isə qoruyucu vasitə nəmləndikdən dərhal sonra dəyişdirilməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR