Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA

Dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA

Tarix: 8-12-2020, 13:34

Məlum olduğu kimi, son günlər Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayı ciddi şəkildə artıb. Bununla əlaqədar olaraq, karantin rejiminin sərtləşdiriləcəyi barədə cəmiyyətdə müzakirələr gedir. İnsanlar arasında dekabrın 14-dən başlayaraq karantin rejimin sərtləşdiriləcəyi, SMS icazə sisteminin yenidən aktivləşdiriləcəyi barədə söhbətlər dolaşır. Milli Məclisin deputatı Müşfiq Cəfərovun ölkəmizdə 2 həftəlik sərt karantin rejiminin tədbiqi barədə təklifindən sonra isə bu müzakirələr daha geniş vüsət alıb.
E-huqu.az məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov açıqlamasında karantin rejimin sərtləşdiriləcəyi barədə hələlik hər hansı qərarın olmadığını bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR