Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ

Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ

Tarix: 11-12-2020, 12:17


Koronavirusa yoluxmuş insan orqanizmin xüsusiyyətlərinə görə deyil, şəraitə görə “super yoluxdurucuya” çevrilir.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

Mütəxəssisin sözlərinə görə, “super yoluxdurucular” qrupuna hava sirkulyasiyası olmayan qapalı məkanlarda olan xəstələr daxildir. Müvafiq olaraq, həmin yerdə dezinfeksiya çatışmazlığı olduqda, sosial məsafəyə əməl edilmədikdə və fərdi qoruyucu vasitələrdən istifadə edilmədikdə, vəziyyət daha da ağırlaşır.

“Klassik bir nümunə ictimai nəqliyyatdır”, - deyə Qorelov əlavə edib.

Həkimin sözlərinə görə, bir çoxları simptomlar aşkar edildiyi zaman evdə qalmaq barədə vacib qaydalara əməl etmirlər.

O vurğulayıb ki, xəstəliyi ağır keçirən və davamlı öskürəyi olan insanın yoluxdurma ehtimalı daha yüksəkdir.

“Koronavirusu yüngül keçirənlər təxminən 10 gün, orta keçirənlər isə inkubasiya dövrünün sonundan etibarən 20 gün yoluxucu ola bilər”, - deyə Qorelov sözlərini yekunlaşdırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR