Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Trampın tərəfdarları yanvarın 20-də onun “ikinci andiçmə mərasimini” keçirəcək

Trampın tərəfdarları yanvarın 20-də onun “ikinci andiçmə mərasimini” keçirəcək

Tarix: 22-12-2020, 10:58


ABŞ-ın hazırkı Prezidenti Donald Trampın minlərlə tərəfdarı, yeni seçilmiş prezident Co Baydenin and içəcəyi gün virtual “ikinci andiçmə mərasimini” keçirməyi planlaşdırır.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Artıq 60 mindən çox insan “Facebook” səhifəsində “Prezident Donald Trampın ikinci andiçmə mərasimi” elan edilən tədbirdə iştirakı planlaşdırdıqlarını bildiriblər. 260 mindən çox insan tədbir səhifəsinə “maraqlandı” işarəsini qoyub.

“Biz Prezident Donald Trampı dəstəklədiyimizi nümayiş etdirən 325 min nəfərlik bir qrupuq. Heç bir rəsmi təşkilatla əlaqəmiz yoxdur”, - deyə  səhifənin izah yerində bildirilib.

Tədbirin yanvarın 20-də günortaya planlaşdırıldığı qeyd olunur. Elə həmin vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden and içəcək.

“Facebook” tədbirin səhifəsinə xatırlatma əlavə edib:

“Co Bayden seçilmiş prezidentdir. 20 yanvar 2021-ci ildə onun ABŞ-ın 46-cı prezidenti kimi inauqurasiya mərasimi olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR