Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Aprel döyüşlərindən başlayıb Xocavənd-Hadrut istiqamətində bitən qəhrəmanlıq salnaməsi

Aprel döyüşlərindən başlayıb Xocavənd-Hadrut istiqamətində bitən qəhrəmanlıq salnaməsi

Tarix: 22-12-2020, 16:10


44 günlük Vətən Müharibəsi bitsə də, müharibə mövzusu, Vətən yolunda canlarını fəda etmiş Şəhidlər, sağlamlığını itirmiş Qazilər heç vaxt unudulmayacaq, onlar haqqında dastanlar, əfsanələr, salnamələr nəsildən-nəslə ötürüləcək. Əvvəl şəhidlərimizin sayı 2783 göstərilsə də, təəssüf ki, son açıqlamada 2802 şəhidimizin olduğu bildirildi. Bu gün Sizə canını Vətən uğrunda fəda edərək müqəddəs Şəhidlik mərtəbəsinə ucalan qəhrəmanlardan biri - Şəhid Elmir Akifzadə barədə söhbət açacağıq. Şəhid Akifzadə Elmir Gündüz oğlu 01 sentyabr 1997-ci ildə Masallı rayonu Bambaşı kəndində anadan olmuşdur. Ailənin tək oğlu 2004-cü ildə Masallı rayonu Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. İbtidai təhsilini geri qalan 3 ilini Bakı şəhəri 246 saylı tam orta məktəbdə almışdır. Daha sonra 2008-ci ildə yenidən Masallı rayonu Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinə qəbul olmuşdur. 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2015-ci ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonun “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Şəhid Elmir Akifzadə xidmət etdiyi müddət ərzində özünü hər zaman nizamlı-intizamlı, çətinliklərin öhdəsindən gələ bilən və qorxmaz bir cəsur əsgər kimi göstərmişdir. Xidməti dövründə O, özünə qarşı çox tələbkar, yoldaşlarına qarşı mehriban və qayğıkeş olmuş, komandir və rəislərin bütün əmrlərini sözsüz və vaxtında yerinə yetirmişdir. Xidməti zamanı cəsur və aktivliyinə görə Qusar rayonu “N” saylı hərbi hissənin 1-ci tabor mina atan batareyanın 1-ci taqımının 1-ci heyətinin minaatan komandiri olmuşdur. 2016-cı ilin Aprel döyüşlərində Şəhid Elmir Akifzadə mərdliklə iştirak etmiş və verilən tapşırıqlar zamanı düşmənə sarsıdıcı zərbələr endirmişdir. Aprel döyüşlərində iştirakından sonra Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2018-ci il də Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə İqisad fakültəsinə daxil olmuşdur. 2020-ci ilin iyul aynda mənfur düşmənin ölkəmizə hücumu məruz qalan zaman Tovuz döyüşlərində iştirak emək üçün Kazan şəhərində təhsil aldığı Univeristeti yarımçıq qoyub Azərbaycana geri dönərək vətənini erməni faşizimindən azad etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonunda yerləşən şöbəsinə müraciət etmişdir.Tovuz döyüşləri zamanı N saylı hissədə xidmət edərkən Komandiri olmuş Mayor Anar Novruzovun şəhid olması Elmir Akifzadənin ürəyində alovlanan qisas almaq andını daha da artmışdı. II Qarabağ döyüşləri başlamamışdan öncə dəfələrlə Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön xəttdə xidmət etmək istədiyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 29-da buna nail olaraq II Qarabağ döyüşlərində qatılmış və Füzuli rayonun azad olunmasında böyük şücaət göstərmiş və düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr vurmuşdur. 2020-ci il oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində döyüşlərdə düşmənin top atəşi nəticəsində Şəhid olmuşdur . 18 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında" Sərəncamı ilə ölümündən sonra Şəhid Akifzadə Elmir Gündüz oğlu da “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur. Akifzadə Elmir döyüş meydanında bayrağımızı şərəflə dalğalandırmağı bacaran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.

Allah rəhmət eləsin!















RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR