Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

AzTV-nin binasında bədbəxt hadisə nəticəsində adam öldü - YENİLƏNİB + FOTO/VİDEO

AzTV-nin binasında bədbəxt hadisə nəticəsində adam öldü - YENİLƏNİB + FOTO/VİDEO

Tarix: 26-12-2020, 10:20


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki binada dağıntı olması, bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Daha ətraflı

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı bir otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

23:25

Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
[media=https://youtu.be/-I3JA2wVjDE]
Allah rəhmət eləsin!


21:45

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan şəxsin çıxarılması istiqamətində iş aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR