Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Pandemiya ən çox hansı sahələrə təsir göstərib? - TƏHLİL

Pandemiya ən çox hansı sahələrə təsir göstərib? - TƏHLİL

Tarix: 28-12-2020, 09:06

Pandemiya bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatına da ciddi zərər vurmaqdadır. Bir tərəfdən virusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin rejimi insanların hərəkətini və biznes sektorunun fəaliyyətinin məhdudlaşdırılmasını zəruri şərtə çevirib. Digər tərəfdən, iqtisadi zərərin minimallaşdırılması, biznes subyektlərinin müflisləşməsinin qarşısının alınması, karantin səbəbindən işini itirən insanların sosial müdafiəsinin təmin edilməsi də çox mühüm məsələlərdir.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, son 11 ayda ölkə iqtisadiyyatında 4,3 faiz azalma qeydə alınıb:

“Halbuki bu ilin ilk 2 ayında üç faizə qədər artım müşahidə olunub. Pandemiya dövründə karantin rejiminin elan edilməsi, məhdudiyyətlərin tətbiq olunması və ölkələrarası sərhədlərin bağlanması bütün dünyada olduğu kimi, Azərbaycanda da bir sıra sektorlara təsirsiz ötüşmür”.

Ekspertin sözlərinə görə, bu dövr ərzində ən çox zərər çəkən sahə turizm olub:

“Bu ilin on bir ayı ərzində bu sektorda 57 faiz geriləmə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, sərhədlər bağlandı, xarici turizm sektoru tamamilə fəaliyyətini dayandırdı. Bu sektorun iştirakçısı olan sahibkarlıq subyektlərinin (səyahətlər və bələdçi fəaliyyətinin təşkili istiqamətlərində) gəlirlərinin dövriyyəsində təxminən 70-80 faiz, bələdçi fəaliyyətində isə 100 faiz azalma olub”.

Həsənov onu da qeyd etdi ki, geriləmə otel, restoran, şadlıq evlərinin fəaliyyətində daha çox özünü göstərir:

“İaşə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlərin tətbiq edilməsi, fəaliyyət saatlarının müəyyən edilməsi və s. amillər nəticəsində bəzi aylarda ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən artıq dövriyyənin azalması qeydə alınıb. Ümumiyyətlə götürəndə isə ötən ilin 11 ayı ilə müqayisədə iaşə sektorunda təxminən 2,2 dəfə kiçilmə olub”.

Pandemiyanın ən çox zərər vurduğu daha bir sahə isə tikinti sektorudur. R.Həsənovun sözlərinə görə, bu sektorda 11 faiz azalma müşahidə olunur:

“Bundan əlavə, pərakəndə ticarət dövriyyəsi 1-1,7 fazi azalıb. Həmçinin, bəzi seqmentlər var ki, karantin qaydalarına uyğun olaraq onların fəaliyyəti tamamilə dayandırılıb. Kütləvi tədbirlərin təşkli – toyların, yasların keçirilməsi və bu seqmentlərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri doqquz aydan artıq müddətdir fəaliyyət göstərmirlər. Bunların fəaliyyətinə pandemiyanın təsiri 80 faizin üzərində qiymətləndirilir”.

Nəqliyyat sektorunda da vəziyyət ürəkaçan olmayıb. Pandemiya xüsusilə sərnişindaşıma fəaliyyətinə ciddi təsir edib. Bundan başqa, durğunluq media sahəsində və reklam bazarında da özünü kəskin büruzə verib.

Ən az zərər görər sahələr isə qida və kənd təsərrüfatı, habelə texnologiya istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləridir. //pressklub.az//




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR