Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ərdoğan Azərbaycandakı Türkiyə əsgərlərini təbrik etdi

Ərdoğan Azərbaycandakı Türkiyə əsgərlərini təbrik etdi

Tarix: 31-12-2020, 13:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılaraq, oradakı Türkiyə əsgərlərini təbrik edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında qeyd olunub.
“Oradakı varlığınız ölkələrimiz arasındakı münasibətlərin çatdığı nöqtəni göstərən şərəf nişanəsidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik müvəffəqiyyətə taclandırmaqda olan Azərbaycanın mübarizəsini döyüş meydanında və bütün beynəlxalq platformalarda dəstəkləyirik” .
O qeyd edib ki, keçmişi şan və şərəflə dolu olan türk ordusu əsrlər boyu olduğu kimi üç qitə və yeddi iqlimdə lazım gəldikdə canını ortaya qoyacaq, mübarizəsinə davam edəcək. Türkiyə əsgəri Azərbaycanda, xüsusən də ölkəmizdə və bütün dünyada “ölsəm, qazi, qalsam, şəhid olaram” inamı ilə ona verilən vəzifəni yerinə yetirəcək.
Azərbaycanla Ermənistan arasında atəşkəsə nəzarət olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram.
Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim sizə yar olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR