Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Şəhid generalımızın doğum günüdür

Şəhid generalımızın doğum günüdür

Tarix: 2-01-2021, 10:48

Bu gün şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğum günüdür.

Mediabiz.az xəbər verir ki, 1975-ci il, yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və ordu sıralarında xidmətə başlayıb.
Polad Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant rütbəsi ilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır.
Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalı oldu.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu.
Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.
Qeyd edək ki, general-mayor Polad Həşimovun ölümü xalqımızın Qarabağ ətrafında milli birliyinin bir qığılcımla alovlanmasına səbəb oldu. Generalımız şəhid olduğu gün bütün Azərbaycan ayağa qalxdı. Bakıda keçirilən izdihamlı mitinqə qatılan hər kəs müharibə çağırışları səsləndirərək 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azadlığı üçün döyüşə hazır olduqlarını bəyan etdilər. Həmin gündən sonra on minlərlə Azərbaycan övladı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində könüllü olaraq müharibəyə yazıldılar...
Çox keçmədən - sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycanın igid oğulları general-mayor Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizin qisasını aldılar...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR