Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Dağlıq Qarabağa qaytarılan ermənilər üçün Azərbaycanın dəstəyi olmadan heç bir perspektiv yoxdur - ŞƏRH

Dağlıq Qarabağa qaytarılan ermənilər üçün Azərbaycanın dəstəyi olmadan heç bir perspektiv yoxdur - ŞƏRH

Tarix: 4-01-2021, 18:18


“Dağlıq Qarabağa qaytarılan ermənilər üçün Azərbaycanın dəstəyi olmadan heç bir sosial və iqtisadi perspektiv yoxdur”.
Bunu Oxu.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırov bildirib.
Onun sözlərinə görə, böyük həcmdə gəlir gətirən yataqların işğaldan azad edilməsi orada yaşayan ermənilərin bu gəlirlərdən məhrum olması demək deyil:
“Həmin yataqları istismar edən şirkətlər Ermənistanda ən böyük vergi ödəyiciləri idi. Yataqların əldən çıxması isə Ermənistanın böyük həcmdə vergi gəlirlərindən məhrum olması deməkdir. Təbii ki, vergi gəlirlərinin əldən çıxması isə ölkənin maliyyə imkanlarının kəskin azalmasına səbəb olur ki, belə bir şəraitdə də orada yaşayan ermənilərə yardım edə bilməyəcək.
Ona görə də illər boyu işğal edilmiş ərazilərdə qanunsuz istismar edilən yataqların Azərbaycana geri qaytarılması Ermənistan iqtisadiyyatı üçün böyük zərbədir”.
Mərkəzin rəsmisi bildirib ki, işğal edilmiş torpaqlarda yaşayan ermənilərin digər maliyyələşmə mənbəyi isə xaricdəki erməni diasporu və xeyriyyəçiləri idi:
“Lakin işğal edilmiş torpaqlar azad edildikdən sonra həmin ərazilərdə diaspor və erməni xeyriyyəçilər tərəfindən həyata keçirilən layihələrə sərf edilən vəsaitlər batdı. Ona görə də erməni diasporu yenidən onların qayıtdığı yerlərə vəsait yatırmaqda və onlara yardım etməkdə maraqlı deyil.
Çünki həmin ərazilər sərhədlərin demarkasiyası başa çatdıqdan sonra Azərbaycanın nəzarətinə qayıdacaq. Nəticədə ora qoyulacaq yeni investisiyalar da batmış olacaq. Bütün bu faktorlar onu göstərir ki, orada yaşayacaq ermənilərin heç bir maliyyə dəstəyi olmayacaq. Digər tərəfdən isə, əvvəl işğal edilmiş torpaqlarda yaşayan əhalinin ərzaq tələbatı həmin ərazilərdə istehsal edilən kənd təsərrüfatı məhsulları hesabına ödənilirdi.
İndi isə həmin ərazilər də yoxdur. Belə olan halda onların ərzaq təminatı ilə bağlı da böyük problemlər yaranacaq və bu məhsulları idxal etmək üçün də maliyyə vəsaitləri yoxdur. Onu da qeyd etmək yerinə düşər ki, orada yaşayacaq ermənilərin də Azərbaycanın dəstəyi olmadan azad iqtisadi fəaliyyət ilə məşğul olmaq üçün heç bir şəraiti yoxdur. Bütün kommunikasiyalar, münbit ərazilər, əsas təchizat yolları hamısı Azərbaycanın nəzarətindədir”.
“Rusiya sülhməramlıların orada saxlanılması üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Bundan əlavə də orada iqtisadiyyatın dəstəklənməsi üçün Rusiyanın maliyyə imkanları məhduddur və bu, onların məsuliyyətində olan məsələ deyildir. Həm də perspektivi olmayan əraziyə maliyyə yardımı etmək məntiqli deyildir. 
Bütün bunlar onu göstərir ki, ora ermənilərin qaytarılması hazırkı mərhələdə sadəcə Ermənistanda narazılığı azaltmaq üçün həyata keçirilir və siyasi məqsədlər daşıyır.
Azərbaycanın dəstəyi olmadan və Azərbaycan vətəndaşlığını almadan orada olan ermənilər üçün heç bir iqtisadi və sosial imkanlar ola bilməz. Ona görə də orada yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edib orda yaşamalı olacaq, ya da Ermənistana geri qayıdacaqlar”, - deyə o qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR