Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakıda yaşayan Naxçıvan sakinlərinin NƏZƏRİNƏ!

Bakıda yaşayan Naxçıvan sakinlərinin NƏZƏRİNƏ!

Tarix: 5-01-2021, 12:35


Naxçıvanda daimi qeydiyyatda olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsinə Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin bərpasından sonra başlanılacaq.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov məlumat verib.

O bildirib ki, bir neçə gündür Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edildikdən dərhal sonra Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinə başlanılacaq:

"Vətəndaşlar təyyarə reysləri bərpa edildikdən dərhal sonra göstərilən ünvana müraciət edə biləcəklər".

Qeyd edək ki, şəxsiyyət vəsiqələrinin verilməsi ilkin mərhələdə yanvarın 31-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında aparılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR